Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Christ -- 05 (Christ's Power)
This page in: -- Arabic? -- AZERI -- Baoule -- Chinese -- English -- French -- Greek -- Indonesian -- Japanese -- Kyrgyz -- Russian -- Sundanese -- Turkish -- Ukrainian -- Uzbek

Previous Lesson -- Next Lesson

MÖVZU 8: MƏSİH HAQQINDA NƏ DÜŞÜNÜRSƏN?
Məsihin həyatı, qüdrəti və məhəbbətinə giriş

5. MƏSİHİN QÜDRƏTİ HAQQINDA NƏ DÜŞÜNÜRSƏN?


İsanın əməllərini düşünən hər kəs anlayır ki, İsa hədsiz qüdrətə malikdir, çünki səmavi güc-qüvvət və səlahiyyət bütün dolğunluğu ilə Ona verilmişdir. Məsih Allahın işlərini açıqca icra edərdi və Onun etdiyi işləri heç kəs edə bilməzdi.

Ağzından çıxan söz ilə cüzamlılara şəfa verər, şəfqəti ilə korların gözlərini açardı. Əmri ilə fırtınaları sakitləşdirər, insanlardan cin çıxarardı. Beş çörək və iki balıq ilə beş min nəfəri doyurardı. Ondan əvvəl heç kəs belə işlər etməzdi.

Bəzi peyğəmbərlər Rəbbin adı ilə məhdud möcüzələr yaradardı, lakin Məsih qeyri-məhdud qüdrəti ilə Öz adına möcüzələr yaradardı.

Lazar adında bir adam vardı. Ölmüş və məqbərəyə qoyulmuşdu. Qohumları ağlaya-ağlaya İsanın yanına gəlib kömək dilədilər. Məsih onların yanına gəlib-çatanda Lazar dörd gündür dəfn olunmuşdu. Məsih Lazarın məqbərəsinə yaxınlaşdı və bərkdən "Lazar, çıx!" deyə qışqırdı. Ölmüş kişi həqiqətən məqbərədən çıxdı!

Sən də həyat Verənin ilahi səsini eşidən kimi günahlarının ruhani ölümündən diriləcəksən! Çünki Məsih belə dedi: "Dirilmə və həyat Mənəm" (Yəhya 11:25). Bir gün gələcək, bütün ölülər Məsihin səsini eşidib diriləcəklər və Allahla əbədi həyata qovuşacaqlar, yaxud dəhşətli aqibətə uğrayacaqlar. Sən də Məsihin səsinə ürəyini açsan, əbədi həyata və səadətə qovuşacaqsan.

www.Waters-of-Life.net

Page last modified on September 17, 2015, at 08:24 AM | powered by PmWiki (pmwiki-2.3.3)