Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 052 (God Selects whom He has Mercy on)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 2 - Yaqubun seçilmiş övladlarının büdrəyib-yıxılmasına rəğmən dəyişməz qalan Allahın salehliyi (Romalılar 9:1 - 11:36)
3. Allah, İsrailin əksəriyyətinin Ona qarşı durmasına rəğmən, ədalətli qalır (Romalılar 9:6-29)

b) Allah kimə mərhəmət edəcəyini Özü seçir və istədiyi adamı haqlı olaraq inadkar edir (Romalılar 9:14-18)


ROMALILAR 9:14-18
14 Bəs indi nə deyə bilərik? Məgər Allah ədalətsizlik edir? Əsla! 15 Çünki O, Musaya deyir: «Kimə istəsəm, mərhəmət edərəm, kimə istəsəm, rəhm edərəm». 16 Beləliklə, seçim insanın istəyindən yaxud səyindən deyil, yalnız mərhəmət edən Allahdan asılıdır. 17 Ona görə də Müqəddəs Yazıda Allah firona deyir: «Səni buna görə ucaltdım ki, Öz gücümü sənin üzərində göstərim və adım bütün dünyaya elan edilsin». 18 Deməli, Allah kimə istəyirsə, mərhəmət edir, kimi istəyirsə, inadkar edir.

Rəbb istədiyi adama, günah edib-etmədiyindən asılı olmayaraq, mərhəmət etməyə qadir olduğunu ilk dəfə Musaya elan etmişdir (Çıx. 33:19). Allahın seçimi insanın əməllərindən asılı deyildir, yalnız Allah-Taalanın Özündən asılıdır. İnsanın xilası, onun layiq olmadığı halda, Allahın qeyri-məhdud lütfü sayəsində saleh sayılmasıdır.

İkinci dəfə Müqəddəs Kitabda bu haqda Çıxış Kitabı 9:16-da oxuyuruq. Müqəddəs Rəbb Misir ruhları ilə dolu firona belə dedi: “Ona görə səni qoruyub saxladım ki, Öz gücümü sənə göstərim və adım bütün dünyaya elan edilsin”. Bu ilahi elan Paulu belə yazmağa ilhamlandırıb: “Allah kimə istəyirsə, mərhəmət edir, kimi istəyirsə, inadkar edir” (Rom. 9:18).

Həqiqət budur ki, Allah müqəddəsdir, amma qəddar deyildir. O bütün insanların xilas olub həqiqəti dərk etməsini istəyir (Rom. 11:32; 1Tim. 2:4; 2Pet. 3:9). Lakin insan Allaha qarşı duran ruhlara uyur, yaxud Məsihə qarşı duran fikirlərin kök saldığı ailədə və ya xalqda yaşayırsa, Allahın müqəddəs əmrlərinə qarşı duran pis rəhbərin belə xalqın üzərində hökmranlıq etməsinə yol verməsi heç təəccüblü deyildir. Bununla belə, Allah bu cür imansız rəhbərdə belə hədsiz qüdrətini göstərə bilər!

Bəziləri Paulun Məktubunda yer alan bu ayəyə əsasən deyirlər ki, islam “Allah istədiyini sapdırır, istədiyini də doğru yola yönəldir” düşüncəsini İncildən götürüb. Allahın müqəddəsliyi Ona hər insanı sapdırmağa haqq verir, çünki bütün bəşəriyyət içində bircə saleh adam yoxdur! Bununla belə, Allah başqa dinlərin öyrətdiyi kimi davranmaz – O hər kəsə mərhəmət edər. Məsihi qəbul edənlər Onun xüsusi seçimində iştirak edərlər, çünki yalnız Məsih heç vaxt günah etməmişdir!

O ki qaldı yalanın atası şeytana bağlanan və pulu Allahdan çox sevən adama, müqəddəs Olan onun bürdəyib-yıxılmasına və İsanın Yəhya Müjdəsində dediyi kimi (8:43-45) sözünü anlamamasına yol verirsə, bundan təəccüblənməliyikmi? Allah qərarında azaddır və insan sidq ürəkdən tövbə edib-etməməsindən asılı olmayaraq, öz əməllərindən məsuliyyət daşıyır.

Oxucularımıza xatırladaq ki, Paul bu düşüncələrini Romadakı qəlbən inadkar yəhudilərə yazıb. Həvari onları inadkarlıqdan azad etmək məqsədilə izah edib ki, Allah onları seçmişdisə də, Məsihin Müjdəsindəki doğru yola gəlmədikləri təqdirdə onları sapdıra bilər. Paulun Məktubundakı bu ayələr ümumbəşər fəlsəfə deyildir, yalnız qəlbən inadkar olan yəhudilərin konkret vəziyyətinə aiddir.

DUA: Ey Səmavi Ata, Sənə səcdə qılırıq, çünki biz günahkar ola-ola, Sən bizi İsa Məsihin seçimi ilə seçmisən və biz bu seçimə layiq olmadığımız halda, bizə Öz övladların olmaq haqqını vermisən! Tükənməz mərhəmətinə görə Sənə həmd edirik və günahlarımıza rəğmən bizi inadkar etmədiyinə, rədd etmədiyinə, əksinə, böyük və müqəddəs məhəbbətinlə Özünə cəlb etdiyinə görə çox-çox şükür edirik!

SUALLAR:

  1. Niyə insan Allahın onu seçməsinə layiq deyildir və Allah bizi nə səbəbdən seçdi?
  2. Niyə Allah fironu inadkarlaşdırdı və ayrı-ayrı insanların, ailələrin, xalqların inadkarlaşması necə baş verir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:49 AM | powered by PmWiki (pmwiki-2.3.3)