Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 051 (God Remains Righteous; The promises of God)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 2 - Yaqubun seçilmiş övladlarının büdrəyib-yıxılmasına rəğmən dəyişməz qalan Allahın salehliyi (Romalılar 9:1 - 11:36)

3. Allah, İsrailin əksəriyyətinin Ona qarşı durmasına rəğmən, ədalətli qalır (Romalılar 9:6-29)


Həvari Paul Rəbb İsaya xidmət etməkdən xoşbəxt idi, amma eyni zamanda çox kədərli idi, çünki yüzlərlə bütpərəst yenilənib, Allahın Padşahlığına daxil olarkən, minlərlə seçilmiş yəhudi İsanı və Padşahlığını rədd edir, Ondan uzaq durur, sözlərini eşitmək və Onun ardınca getmək istəmirdi.


a) Allahın vədləri İbrahimin cismani nəslinə məxsus deyildir (Romalılara 9:6-13)


ROMALILAR 9:6-13
6 Lakin bu o demək deyil ki, Allahın kəlamı boşa çıxıb. Çünki İsraildən törəyənlərin heç də hamısı İsrailə məxsus deyil. 7 İbrahimin nəslindən olanların heç də hamısı İbrahimin övladları deyil. Amma «İshaqdan törəyənlər sənin nəslin adlanacaq» deyilib. 8 Bu o deməkdir ki, Allahın övladları cismani övladlar deyil, Allahın vədinə görə doğulan övladlardır ki, bunlar İbrahimin nəsli sayılır. 9 Çünki belə vəd verilmişdi: «Gələn il bu vaxt gələcəyəm və Saranın bir oğlu olacaq». 10 Yalnız bu yox, Rivqa da bir kişidən, yəni babamız İshaqdan hamilə oldu. 11-12 Amma iki oğlu hələ anadan olmamış və yaxşılıq ya pislik etməmiş ikən Allah Rivqaya «böyüyü kiçiyinə qulluq edəcək» dedi; belə ki Allahın seçim məqsədi onların əməllərinə deyil, Öz çağırışına əsaslanaraq bərqərar olsun. 13 Necə ki yazılıb: «Yaqubu sevdim, Esava isə nifrət etdim».

Qanun alimi olan Paul Romadakı yəhudilərə və yəhudi mənşəli məsihilərə qəribə gələn bu həqiqəti izah etmək istəyib; o yazıb ki, bu inanılmaz tarixi gedişat bir sirr ilə bağlıdır və həmin sirrin doğru cavabını yalnız Allahın Kəlamında tapmaq olar. Cavabın iki tərəfi vardır:

Cavabın birinci tərəfi budur ki, İbrahimin bütün nəsli Allahın vədinə görə doğulan övladlardan ibarət deyildir. Allah İsmaili iman atası olarak seçməyib. İsmailin özü və İbrahimin İsmail nəslindən gələn bütün övladları İbrahimin dini cəhətdən seçilmiş nəslinin xaricində qalıblar. Bu tarixi gedişat göstərir ki, insanın təbii nəsli ruhani gələcəyini müəyyən etməz və məsihi olaraq doğulan adam şəxsən Allaha tərəf dönməsə, həqiqi məsihi olmaz. Allahın nəvələri yoxdur, yalnız övladları var!

Bizim burada öyrəndiyimiz həqiqət ondan ibarətdir ki, seçilmiş yəhudilərin hamısı deyil, yalnız Məsihin Müjdəsinə sidq ürəkdən iman gətirənlər Allahın övladları sayılırlar. Onlara İbrahimin övladları olmaq hüququ verilibsə də, bu hüququn gerçəkləşməsi ayrı-ayrı insanların iradəsindən asılıdır.

Cavabın ikinci tərəfini Müqəddəs Kitabın İshaqın arvadı Rivqa barəsindəki fəsillərində tapmaq olar. Rivqa əkiz doğmamışdan əvvəl ona vəhy ilə xəbər verilmişdi ki, birinci doğulan uşağı ikinci doğulana qulluq edəcək (Yar. 25:23). İkisinin də eyni atası olmasına baxmayaraq, Allah hər birinin hüceyrələri və genlərinin fərqli cür inkişaf edəcəyini əvvəlcədən bilmişdi.

Allah ikinci doğulan Yaqubu seçdi, ondan əvvəl doğulan qardaşı Esavı isə rədd etdi. Mənəvi cəhətdən Esavdan üstün olmayan Yaqub imanda ondan daha fəal idi və sidq ürəkdən tövbə edirdi; ilk doğulan qardaşı barədə Müqəddəs Kitabda belə şeylər yazılmayıb. Yaqub ilə Esavın əhvalatı bizə xatırladır ki, insanın seçimi, əvvəlcədən təyin olunduğu kimi, Allahın hədsiz biliyi və xüsusi iradəsindən asılıdır.

Heç kəs Allahın onu seçmədiyindən şikayət edə bilməz, çünki insan öz canının sirlərini və irsiyyətini belə dərk etmir. Ancaq Allah müqəddəsdir, ədalətlidir, Öz qərarında qüsursuzdur.

Bəzi ilahiyyatçılar Allahın seçiminin insanın varlığından və ya işlərindən asılı olmadığını, yalnız Yaradanın qərarından irəli gəldiyini düşünürlər. İnsan Allahın məqsədini və planının səbəblərini anlaya bilmir. Ancaq bu fikirlə hamı razılaşmır, çünki Allahımız müqəddəs olmaqla yanaşı sevən və rəhmli Atadır.

İsa dünyada ikən demişdir: “Quzularım səsimi eşidir, Mən də onları tanıyıram və Mənim ardımca gəlirlər. Mən onlara əbədi həyat verirəm” (Yəh. 10:27-28). Onun səsini hər kəs eşitmir və eşidənlərin hamısı əmrlərinə əməl etmir. Bir tayfada, bir xalqda, hətta bir ailədə belə Müjdəni eşidənlərdən bəzisi onu anlamır, digərləri isə iman gətirib sevinc və sülh dolu həyat sürürlər!

DUA: Ey Səmavi Ata, Sənə şükür edirik, çünki Sən İshaqı və Yaqubu seçdin və onlar müqəddəs olmasalar da, onları Oğlun İsanın əcdadları etdin! İmanımızı möhkəmləndir ki, biz Sənin adınla çətinliklərə, gücünlə daxilimizdəki şərə qalib gələk! Bizi Öz həlimliyin və fədakarlığına yönəlt və qoy biz heç vaxt özümüzü başqalarından yaxşı saymayaq!

SUALLAR:

  1. İshaqın və Yaqubun seçilməsi onların nəsli üçün nə deməkdir?
  2. Allahın seçiminin sirri nədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:49 AM | powered by PmWiki (pmwiki-2.3.3)