Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 041 (In Christ, Man is Delivered)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 1 - Allahın salehliyi bütün günahkarları ədalətlə mühakimə edir, ancaq Məsihə iman edənləri saleh sayır və təqdis edir (Romalılar 1:18 - 8:39)
D - Allahın qüvvəsi bizi günahın hakimiyyətindən azad edir (Romalılar 6:1 - 8:27)

6. Məsihdə olan adam günahdan, ölümdən, mühakimədən azad olmuşdur (Romalılar 8:1-11)


ROMALILAR 8:2
2 Çünki həyat verən Ruhun qanunu səni günah və ölüm qanunundan Məsih İsa vasitəsilə azad etdi.

Bizim imanımız həyat doludur, çünki Müqəddəs Ruh, ürəyini Məsihə açan bütün imanlıların ürəyinə tökülür. Adama həyat verən, adamı dirçəldən bu Ruh çarmıxa çəkilmiş Olana ümid bağlayanlarda fəal olan Allahın yaradıcı qüvvəsidir.

Yaradılışın başlanğıcında İlahi Ruh quruluşsuz kainatın üzərində dolaşırdı. Bu mübarək Ruh bu gün də milyonlarla insanda ümid dolu həyat törədir. Biz imanlılar öz gücümüzlə yaşamırıq, Onun qayğısı, qüvvəsi və səbri ilə yaşayırıq. Məsihin Ruhunun işini qəbul edən və Ona ürəyini açan hər kəs Allahın qüdrəti ilə dolur. Sən öz iradə gücünlə, yaxud düşüncənlə nə xilas ola, nə də təqdis edilə bilərsən. Yalnız Allahın Müqəddəs Ruhu səndə iman yaradan, məhəbbət əmələ gətirən sevinc qaynağı və yaxşılıq mənbəyidir! Bizdə fəal olan, bizi mərhəmət işlərinə həvəsləndirən Odur. O bizə sadiqdir və bizi məhəbbətdə kamillik zirvəsinə aparır!

Allahın Ruhundan gələn bu həyat tez-tez istiqamətini dəyişən külək təki dəyişkən deyildir. Bu həyat nizamlıdır, qanuna bənzərdir, belə ki həvari onu “həyat qanunu” adlandırıb. Başqa sözlə desək, Ruhun qanunu Məsihin Ona iman edənlərdəki həyatıdır. Müqəddəs Olan yeni əhddə imanlılara bağlanmış və Məsihin ölümü əsasında əbədi həqiqətini qurmuşdur. Zamanın ötüb-keçməsinə rəğmən, bu həqiqət dəyişməz qalır, çünki Onun sədaqəti əbədidir! Ata və Oğulun ürəyindən tökülən məhəbbət sənin dualarına, orucuna, salehliyinə görə tökülmür. Bunun yeganə əsası, Məsihin sənin üçün çarmıxda gerçəkləşdirdiyi salehliyidir. Allahın səndəki əbədi həyatı haqqa əsaslanır. Onun qüvvəsi partlayışla, təzyiqlə gəlmir, lakin müqəddəs lütf və gözəl nizam ilə axır. Səs-küy və gurultu ilə deyil, həlimlik və məhəbbətlə gəlir, necə ki Məsih həlim və günahkarları sevəndir. O səndə yaşayır, sən də Onda yaşayırsan. Heç bir yad ruhun səndə məskən salmasına yol vermə!

Bu ruhani həyat sənə bəxş edilib, sən ona Məsihdən müstəqil olaraq malik ola bilməzsən, yalnız Xilaskarın ilə sıx əlaqədə olduğun, Ona bağlandığın, Onun ruhani Bədəninin bir üzvü olduğun təqdirdə bu həyata malik ola bilərsən.

Məsihi imanlının günaha batmağa məhkum olduğunu düşünmək yanlışdır. Belə fikir əslində Məsihə qarşı təhqir və çarmıxına küfrdür! Biz əvvəlkilərdən daha çox sınaqlara məruz qalacağıq, necə ki Məsihin Özü belə sınaqlara məruz qalıb! Ola bilir ki, çox səhv edirik, günah işlədirik. Lakin Məsih bizi əsas etibarilə günahın hökmranlığından azad etdi, buna görə də ölüm bizim həyatımızın əvəzi olmayacaq. Digər yandan, Qanun bizi cəhənnəmə məhkum etmir və daha çox günaha aparmır, çünki Qanun ürəyimizin bir parçası olub və biz ondan zövq alırıq! Beləliklə, biz günahın qulları deyilik, Allahın məhəbbətinin övladlarıyıq! Biz başqaları kimi ümidsiz ölmürük, lakin həyat verən Ruhunun qanununa görə əbədi yaşayırıq, necə ki Məsih sonsuzadək yaşayır!

Həvari Paulun mənalı sözləri üzərində dərin-dərin düşün. Onda sən öz hüquqlarını yaxşı öyrənib, Həqiqət Ruhunun vasitəsilə Allahın qüvvəsi ilə yaşayarsan və günah qanunundan azad olub, pisliyə qalib gələrsən!

DUA: Ya Rəbb İsa Məsih, bizi ölümdən həyata köçürtdüyün üçün Sənə şükürlər olsun! Qoy biz Atamızın məhəbbətini ucaldaq və Ruhun qanununa görə yaşayaq! Sən bizi Öz varlığında qüvvətləndir, Sənin məhəbbətin bizdə təcəssümünü tapsın, belə ki biz davranışımızla Səni izzətləndirək və insanlar arasında ölüm üfunətini deyil, həyat ətrini yayaq!

SUAL:

  1. Paulun bəhs etdiyi iki bir-birinə zidd qanun hansıdır və nə məna verir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:48 AM | powered by PmWiki (pmwiki-2.3.3)