Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 003 (Identification and apostolic benediction)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
Giriş: Allaha şükürlər və Məktubun əsas ideyası olaraq “Allahın salehliyi” mövzusunun açılması (Romalılar 1:1-17)

a) Salam və həvari xeyir-duası (Romalılar 1:1-7)


ROMALILAR 1:2-4
2 Allahın Öz peyğəmbərləri vasitəsilə Müqəddəs Yazılarda əvvəlcədən vəd etdiyi o Müjdə 3 Oğlu Rəbbimiz İsa Məsih haqqındadır. O, cismən Davud nəslindəndir, 4 müqəddəslik Ruhuna görə isə ölülər arasından dirilərək Allahın Oğlu olduğu qüdrətlə elan olundu.

Nil çayı səhraya həyat verdiyi kimi, Allahın Müjdəsi hər fani insana qüvvət verər, təki o Müjdəyə inansın və ürəyini onunla doldursun! Müjdənin sirri, İsa Məsihin gəlişi və etdiyi işlərindən ibarətdir. Sən sadəcə olaraq bir kitaba yox, tarixi və əzəli Şəxsə iman etməyə çağırılmısan! Minlərlə il bundan əvvəl Allah peyğəmbərlərinin dili ilə elan etmişdi ki, iffətli bakirə bir qız vasitəsilə Allahın Ruhundan bir İnsan dünyaya gələcək və o İnsan Allahın vahid Oğlu adlandırılacaq. Tövratda bu ecazkar miladına dair çoxlu peyğəmbərliklər var. Əsil peyğəmbər öz yazılarında Məsihi Allahın Oğlu adlandırır. Müqəddəs Allaha qarşı etiraz etməyə kim cürət edəcək? Allah, bizim sabitləşmiş düşüncəmizi dəyişdirmək, bizə yeni dərin anlayış vermək istəyib, Özünü Müqəddəs Üçlükdə olan vahid Allah olaraq tanıtmışdır. Məsihin gəlişindən sonra biz dərk etdik ki, Allah sevən və rəhm edən Atadır! Mərhəmətli Oğulun surəti bizim zehnimizdə sevən Ata surətini əks etdirdi və bizə Allah barəsində yeni anlayış verdi – Allah məhəbbətin özüdür!

Allahın Oğlu sözün əsil mənası ilə insan oldu, padşah Davudun nəslindən doğuldu. Davud ilahi nəğmələr qoşub oxuyan peyğəmbər idi, Haqq-Taalanın Oğlunun onun nəslindən gələcəyinə dair vədi Allahdan aldı (2Şam. 7:14). Beləcə insan cisminə bürünən əzəli Məsih zəif bədənimizdə bizim kimi sınağa çəkildi.

Ancaq O əsla günah etməyib, ölüm Ona üstün gələ bilməyib, çünki Onun bədənində tam dolğunluğu ilə məskən salan Müqəddəs Ruh daim günaha qalib gəlirdi! İsa ölümdən diriləndə, səlahiyyətini qəti surətdə göstərdi, bəşəriyyətin düşmənini məğlub etdi! Allah İsanı ölümdən dirildərək, İsanın Allahın Oğlu olduğunu təsdiq etdi və Rəbb olaraq Öz sağında oturtdu. “Göydə və yer üzündə bütün səlahiyyət Mənə verilmişdir” deyən İsa Atanın sağında oturub, hökmranlıq edir, Ata və Müqəddəs Ruh ilə birgə vahid Allah olaraq əbədi yaşayır.

Məsihin səlahiyyəti Pauldan imanlılar cəmiyyətlərinə axırdı. Bakirədən Doğulanın yaşayan Rəbbimizin Özü olduğunu iqrar edənlərdə indiyə qədər İsanın qüvvəsi yaşayır! “Rəbbimiz İsa Məsih” ibarəsi başlanğıcdan bəri məsihi inancının xülasəsidir! Müqəddəs Üçlük sirrinin tam mənası, xilas və ümidin qüvvəsi bu ibarənin içindədir.

DUA: Sənə səcdə edirik, ey Allahın Oğlu, çünki Sən məhəbbət yolunda bəşər oldun və cismində günaha və ölümə qalib gəldin! Bu fani həyatımızı bizdən Sənə şükür ifadəsi olaraq qəbul et, Müqəddəs Ruhunla bizi təmizlə, qoy biz Sənin məhəbbət Padşahlığına layiq olaq! Sənə yalvarırıq, fikirlərimizi, əməllərimizi, sözlərimizi yönəlt, qoy xalqımızda bütün sadiq qullarınla birgə biz də sadiq şahidlərin olaq!

SUAL:

  1. “Məsih Allahın Oğludur” ibarəsinin mənası nədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:42 AM | powered by PmWiki (pmwiki-2.3.3)