Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 120 (The shipwreck on Malta)
This page in: -- Albanian? -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
F - QEYSƏRİYYƏDƏN ROMAYA DƏNİZ SƏYAHƏTİ (Həvarilərin İşləri 27:1 - 28:31)

2. Dənizdə fırtına qopur və gəmi Malta adasında qəzaya uğrayır (Həvarilərin İşləri 27:14-44)


HƏVARİLƏRİN İŞLƏRİ 27:14-26
14 Amma çox keçmədi ki, qurudan Evrakilon fırtınası qopdu. 15 Fırtınaya düşən gəmi küləyə müqavimət göstərə bilmirdi, əlacsız qaldıq və külək bizi aparırdı. 16 Qavda adlı kiçik bir adanın külək zəif tutan tərəfinə düşəndə gəminin qayığını güclə qurtara bildik. 17 Qayığı yuxarı çəkəndən sonra gəminin kəndirlərini onun altından dolayıb bağlayaraq tədbir gördülər. Sirt körfəzində saya oturmaqdan qorxub ləngəri aşağı saldılar və gəmi sürüklənməyə başladı. 18 Fırtına bizi bir xeyli çalxaladı. Ertəsi gün gəminin yükünü atmağa başladılar. 19 Üçüncü gün isə öz əlləri ilə gəminin təchizatını atdılar. 20 Günlərlə nə günəş, nə də ulduzlar göründü. Fırtına da o qədər şiddətlə davam edirdi ki, artıq bundan xilas olmağa ümidimiz qalmamışdı. 21 Adamlar uzun müddət yemək yemədikdə Paul ortada durub dedi: «Ağalar, gərək siz mənə qulaq asıb Kritdən çıxmayaydınız və bu ziyana, bu bəlaya düşməyəydiniz. 22 İndi sizə öyüd verərək deyirəm: ürəkli olun, çünki heç biriniz canını itirməyəcək, yalnız gəmi məhv olacaq. 23 Çünki mənsub olub ibadət etdiyim Allahın bir mələyi bu gecə yanıma gəlib dedi: 24 “Qorxma, Paul, sənin qeysərin qarşısına çıxmağın lazımdır. Səninlə birgə gəmidə olanların hamısını da Allah sənə bağışladı”. 25 Ay ağalar, buna görə ürəkli olun! Allaha inandığıma görə bilirəm ki, hər şey mənə deyilən kimi olacaq. 26 Amma bizə bir adaya düşmək lazımdır».

Onlar Krit adasına yaxın ikən fırtına qopdu. Dəniz dalğaları gəmini ən yaxın limandan uzağa aparırdı. Dənizçilər var gücləri ilə limana yanaşmağa çalışsalar da, faydası olmadı. Fırtına o qədər güclü idi ki, iki yüz yetmiş adamı daşıyan böyük gəmini tezliklə açıq dənizə sürüklədi. Gəmi yol istiqamətini dəyişib Qavda adlı kiçik bir adanın yanından hərəkət etdi. Qavdanın körfəzində fırtınalı dənizdən onların üstünə qalxan nəhəng dalğalar üzündən lövbər ata bilmədilər. Naviqasiya sənəti o dövrdə hələ o qədər inkişaf etməmişdi. Taxtaları bir yerdə saxlayan bərkidici qurğular olmadığından, gəminin taxtaları fırtınada çatlayıb dağılmasın deyə, gəmini kanatlarla sarıdılar. Ondan sonra dənizçilər dalğaların gəmi üzərindəki təzyiqi azaltmaq üçün gəminin qabaq hissəsindən ipə bağlanmış ağır daşı atmağa çalışdılar.

Ertəsi gün onlar batmaqdan qorxaraq gəminin yükünü azaltmaq və dalğalarda hərəkətini asanlaşdırmaq üçün taxılın bir hissəsini dənizə tulladılar. Fırtınanın üçüncü günündə gəminin təchizatını atdılar. Dor ağacını, yelkəni və bütün ağır alətləri də atdılar. Lakin fırtına sakitləşmirdi və dəniz çalxalanırdı. Sərnişinlərin ürəyi bulanır, başı gicəllənirdi. Neçə gün idi ki, günəş və ay üzünü görməmişdilər. Çoxları dua edib oruc tuturdu, Allahdan cavab istəyirdi. Günlər, gecələr ötürdü, dəqiqələr saat kimi uzanırdı. Hamı məyus halda idi. Aşpaz yemək vermirdi, dənizçilər, məhbuslar və əsgərlər taqətdən düşmüşdülər.

O zaman Paul ayağa durub onları ruhlandırdı. Təbiət qüvvələrinin coşmasına baxmayaraq, həvari onlara məzəmmət etməli olduğunu hiss etdi. O onlara dedi ki, bu fəlakət onun dediyinə inanmadıqları, hisslərinə ciddi yanaşmadıqları üçün başlarına gəlmişdi. İmansızlıq həmişə itkiyə, fəlakətə səbəb olur. Buna baxmayaraq, hər kəs ağlayarkən, Paul dua edirdi. Məsihi yoldaşları da daş ürəkli insanlara görə onunla birlikdə dua edirdilər. Cəhənnəm qüvvələri bu qardaşların məhəbbət ünisyyətinə qarşı qalxdı, amma Məsih onların dualarına cavab verdi və o fırtınanın içərisində Paulun yanına mələyini göndərdi. Mələk Paulu ruhlandırıb Roma qeysərinə Müjdəni elan etmədən öncə ölməyəcəyini bildirdi. Gəmi rəhbərliyin indakarlığı üzündən məhv olacaq. Lakin bütün insanlar Paulla yoldaşlarının duaları ilə xilas olacaqlar. Bu əhvalat hamımız üçün böyük bir məsəldir. Allahın qəzəbi ilə bütün dünya, yəqin ki, şeytanın hakimiyyəti altına təslim edilməli idi və yalnız duanın gücü bu həyatda insanların canlarını qoruyur. Allah imanlıların duaları və xidmətkar cəmiyyətin ümidi sayəsində insanları həlakdan qurtarır.

Paul dənizçilərə və gəmidəki digər insanlara vəz etmədi, ilahiyyat üzrə dərs keçmədi, çünki gəmi çox yellənirdi və onlar böyük qorxu içində idilər. Paul külək və dağlaların səs-küyündə öz imanı barədə şəhadət edirdi. Həvari Allaha güvənir və Allahın hər şeyi mələyin dediyi kimi edəcəyinə inanırdı. Gəminin ən yaxın adaya yanaşmasını və qumlu sahildə qəzaya uğramasını gözləyirdi. Gəminin ölümü labüd idi, onlar isə şübhəsiz xilas olacaqdılar. Bəlkə, bu, ölkələrimizin gələcəyi haqqında Allahın cavabıdır? Dua et ki, sən və bacı-qardaşların xilas olasınız, çünki biz hamımız “bir qayıqdayıq” və şeytan Müjdəni ürəkdən qəbul edən hər kəsi həlak etmək istəyir. Buna görə, sınağa düşməmək üçün ayıq ol və dua et!

DUA: Sənə şükürlər olsun, ya Rəbb İsa, zira Sən Paula təsəlli vermək üçün mələyini yanına göndərdin. Sənin məhəbbətinə görə məhbus olan, təqib olunan hər kəsə sevgi dolu Təsəllivericini göndər və bizi, ölkəmizin əhalisini dünyamıza yaxınlaşan ruhani fırtınada xilas et!

SUAL:

  1. Niyə Allah gəmidəkilərin hamısını, hətta imansızları belə, xilas etməyə hazır idi?

www.Waters-of-Life.net

Page last modified on March 10, 2014, at 09:04 AM | powered by PmWiki (pmwiki-2.3.3)