Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 021 (Peter and John Imprisoned)
This page in: -- Albanian -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
A - YERUSƏLİMDƏ İLK İMANLILAR CƏMİYYƏTİNİN YARANMASI VƏ BÖYÜMƏSİ (Həvarilərin İşləri 1 - 7)

11. Peter və Yəhyanın birinci həbsi və məhkəməsi (Həvarilərin İşləri 4:1-22)


HƏVARİLƏRİN İŞLƏRİ 4:1-7
1 Kahinlər, məbəd mühafizəçilərinin başçısı və sadukeylər xalqa vəz edən Peterlə Yəhyanın üstünə getdi. 2 Çünki bu həvarilərin xalqı öyrətməsinə, İsaya şamil edərək ölülər arasından dirilməni bəyan etməsinə qıcıqlandılar. 3 Onları tutdular və axşam olduğu üçün sabahkı günə qədər zindanda saxladılar. 4 Lakin onların sözünə qulaq asanlardan bir çoxu iman etdi. Beləliklə, iman edən kişilərin sayı beş minə qədər çatdı. 5 Ertəsi gün Yəhudilərin rəhbərləri, ağsaqqalları və ilahiyyatçıları Yerusəlimə toplaşdı. 6 Baş kahin Xanan, Qayafa, Yəhya, İsgəndər və baş kahinin nəslindən olanların hamısı orada idi. 7 Peterlə Yəhyanı onların qarşısına gətirib soruşdular: «Siz bunu hansı qüvvə ilə, kimin adı ilə edirsiniz?»

Bir yerə xeyir-dua gəlirsə, cəhənnəm hökmən oraya hücum çəkir. İsa Peter və Yəhyanın əlləri ilə şikəst adama şəfa verdikdən və camaat toplaşıb Müjdəyə qulaq asdıqdan sonra məbəd mühafizəçiləri də gəldilər. Onlar möcüzəyə şübhəylə baxır, camaatın bir yerə toplaşmasını isə asayişin pozulması sayırdı. Məbəddəki nizamdan məsuliyyət daşıyan kahinlərlə birgə savadlı sadukeylər də camaata icazəsiz təlim öyrədən savadsız balıqçılara qarşı xalqı qızışdırdılar. Sadukeylərin fikrincə, xalqa nitq söyləmək hüququ yalnız alimlərə və filosoflara məxsusdur. Onları xüsusilə acıqlandıran o idi ki, bu qalileyalılar onların əqidələrinə zidd olaraq, İsanın ölümdən dirilməsindən danışırdılar. Çünki bu savadlı, maariflənmiş adamlar ümumiyyətlə ölümdən dirilmənin mümkünlüyünü inkar edirdi. Beləliklə, Məsihin dirilməsi barədə şəhadət həvarilərin həbsində başlıca səbəb olmuşdu. Mühafizəçilər Peter ilə Yəhyanı baş kahinin zindanına apardılar. Onlar soyuq gecəni orada keçirdilər, şikəst adama şəfa verərək qələbə çalan İsaya şükür etdilər, məbəddəki camaata Müjdəni danışmaq fürsəti verdiyinə görə Rəbbə alqış etdilər. Onlar dua edərək ertəsi günün məhkəməsinə hazırlandılar.

Həvarilərin imanla etdiyi vəz camaata təsirsiz qalmamışdı. Çoxları çarmıxa çəkilmiş və dirilmiş İsaya sidq qəlbdən iman gətirdilər və günahları bağışlandı. Belə ki İsaya iman edənlərin sayı beş min nəfərə çatdı. Onlar erkən imanlılar cəmiyyətini təşkil edirdilər. Onların heç kilsə binaları və ya dua evləri yox idi, onlar özləri Müqəddəs Ruhla dolu idi və Rəbb onlarda məskən salıb, onların vasitəsilə işləyirdi. İsanın adı uğrunda həbsdə olanlara görə dua etmək üçün çoxları bir yerə yığılmışdı.

Ertəsi gün dini Ali Şuranın istintaq komissiyası toplandı. İclasda iştirak edənlər arasında baş kahinin ailə üzvləri də var idi. Onlar şəxsən İsanı küfr etməkdə ittiham edərək ölümə məhkum etmişdilər, çünki Allahın Oğlu onlara Bəşər Oğlunun Qüdrətli Olanın sağında oturduğunu görəcəklərini elan etmişdi. İndi isə bu İlahi Qüdrət həvarilərdə fəal idi.

Hiyləgər Qayafa və qəddar Xananın qarşısında dayanan Peter və Yəhyanın vasitəsilə İsa Özü, Onu təqib və mühakimə edən o adamlara bir daha tövbə etmək fürsəti verdi. Bu məhkəmə hər şeydən öncə həvarilər üçün deyil, hakimlər üçün çox önəmli idi, çünki onlara tövbə etmək və ölümdən dirilmiş, qalib gəlmiş yaşayan Rəbbə iman gətirmək fürsəti verildi.

Lakin məhkəmə işində təcrübəli olan bu adamlar çox sorğu-sual etmədilər, dərhal əsas məsələyə keçdilər. Şagirdlərə “Sizi kim göndərib?” və “Siz hansı qüvvəylə bunu etmisiniz?” – deyə sual verdilər. Bu kimi sualları onlar Vəftizçi Yəhyaya və İsanın Özünə də vermişdilər. Möcüzələrində Allahın qüvvəsini görür, amma Müqəddəs Ruhun sözlərini və Allahın Kəlamının qüvvəsini anlamırdılar. Çünki onlar Rəbbin səsinə qarşı kar olmuşdular, Qanuna riayət etməkdə son dərəcə qürurlu, lovğa və qəddar olmuşdular. İnsanın qulaqları ilə eşidə-eşidə qanmaması, açıq gözləri ilə baxa-baxa görməməsi ən dəhşətli hallardan biridir!

DUA: Ya Rəbb, ürəyimi aç və ağlıma Müqəddəs Ruhunu tök! İradəmi nurlandır ki, Sənin kəlamını sevim, vəhyinə iman edim, əmrlərinə əməl edim və məhəbbətinin cəlb etməsinə qarşı durmayım! Sən bütün millətimizin gözlərini aç və bütün dünyanın gözlərini nurlandır, qoy onlar Xilaskar İsanı tanısınlar və Ona iman edərək əbədi həyata nail olsunlar!

SUAL:

  1. Yəhudilərin Ali Şurasının iki həvari ilə görüşməsinin mənası nə idi?

www.Waters-of-Life.net

Page last modified on July 04, 2013, at 08:23 AM | powered by PmWiki (pmwiki-2.3.3)