Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 020 (Peter’s Sermon in the Temple)
This page in: -- Albanian -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
A - YERUSƏLİMDƏ İLK İMANLILAR CƏMİYYƏTİNİN YARANMASI VƏ BÖYÜMƏSİ (Həvarilərin İşləri 1 - 7)

10. Peterin məbəddə verdiyi vəz (Həvarilərin İşləri 3:11-26)


HƏVARİLƏRİN İŞLƏRİ 3:17-26
17 «...İndi, ey qardaşlar, bilirəm ki, rəhbərləriniz kimi siz də bunu bilmədən etmisiniz. 18 Amma Allah peyğəmbərlərin dili ilə Öz Məsihinin əzab çəkməsi barədə əvvəlcədən bəyan etdiyini yerinə yetirdi. 19 Beləliklə, günahlarınız silinsin deyə tövbə edib Allaha tərəf dönün ki, 20 Rəbbin hüzurunda rahatlıq vaxtı tapasınız və O da sizin üçün əvvəlcədən təyin olunan Məsihi, yəni İsanı göndərsin. 21 Çünki Allahın qədimdən bəri müqəddəs peyğəmbərlərinin dili ilə məlum etdiyi kimi hər şeyin yenidən hazırlanacağı vaxtacan İsanın səmada qalması lazımdır. 22 Musa belə demişdi: “Allahınız Rəbb sizin üçün öz soydaşlarınız içərisindən mənim kimi bir peyğəmbər yetirəcək. Sizə nə söyləyəcəksə, ona qulaq asın”. 23 “Bu peyğəmbərə qulaq asmayan hər adam xalqı arasından ayrılıb məhv ediləcək”. 24 Şamueldən başlayaraq bütün peyğəmbərlər bu günləri elan etdilər. 25 Siz də peyğəmbərlərin varisləri, Allahın ata-babalarınızla kəsdiyi Əhdin varislərisiniz. Allah İbrahimə demişdi: “Yer üzünün bütün tayfaları sənin nəslinin vasitəsilə xeyir-dua alacaq”. 26 Allah hər birinizi pis əməllərinizdən döndərmək və xeyir-dua vermək üçün Öz Qulunu dirildərək əvvəlcə sizin yanınıza göndərdi».

Peter təlaşa düşmüş yəhudilərin arasında hakim kimi davranmadı, lakin onlara “qardaşlar” deyə müraciət etdi, baxmayaraq ki, onlar yenidən doğulmamışdılar. Çünki İsa çarmıxda onların bütün günahlarını bağışladı, onların üzərinə Müqəddəs Ruhu tökdü və Ruh onlarda məskən salmağa hazır idi. Bu vəd həm onlara, həm də iman edənlərin hamısına verilmişdi. Peter onlara təklif edilən bu xilasın onlara təsir edərək ilahi lütfün məqsədlərini yerinə yetirəcəyinə əmin idi.

Bu böyük şagird İsanın vəsatətçi duasının qüdrətini elan etdi, necə ki, İsa çarmıxda dua etmişdi: “Ey Ata, onları bağışla, çünki nə etdiklərini bilmirlər!” Bu dua yəhudilərin və başçılarının təqsirinin mənasını izah edə bilər. Peter onlara bağışlanacaqlarını söyləyərkən, öz təcrübəsinə əsaslanırdı, axı ölümdən dirilmiş Rəbb onu lütf ilə saleh saydı, baxmayaraq ki, o, Rəbbi inkar edib küfür etmişdi. Peterin bağışlanması onun öz xeyirli işlərinə və qüsursuz həyat tərzinə görə deyil idi, əksinə, açıq-aşkar günahlarına rəğmən idi! Beləcə Peter öz şəxsi təcrübələrindən ruhlandı və İsa Məsihin lütfünü cəsarətlə elan etdi. O, ona qulaq asan camaata tam səmimi olaraq təqsirlərinin mahiyyətini bildirmiş, ürəklərinə təsir etmişdi. Müqəddəs Ruhun mühakiməsindən sonra gələn təsəlli, tövbə edən imanlını ayağa qaldırır.

Dirilmədən sonra Peter zühur edən İsanın dediyi hər şeyə diqqət və həvəslə qulaq asmış və anlamışdır ki, Məsihin əzab-əziyyətlərindən başqa xilas yolu yoxdur. Allah Quzusu bütün saleh peyğəmbərlərin xəbər verdiyinə görə, ölməli idi. Allahın əzəldən təyin etdiyi iradəsi, Saleh Oğlunun dünyanın bütün təqsirlərini və rüsvayçılığını Öz üzərinə götürməsiydi. Zira yalnız Oğul bizim əvəzimizə Allahın qəzəbindən ölməyə qadir və layiq idi. Əlbəttə, Səmavi Ata vahid Oğlunu qurban verməkdənsə, Özü şər içində batan bu dünyanın uğrunda ölmək istəyərdi. Lakin O Öz varlığı ilə bütün kainatı saxladığından, Oğlunu verməkdən başqa bir çarəsi olmamışdır. Çünki İsanın kəffarə qurbanı olmadan bağışlanma olmaz.

Məsihin bizim üçün əzab çəkməsində Onun Müqəddəs Ruhla məsh edilmiş olması aşkar oldu. Çarmıxı düşünən hər kəs düz Allahın ürəyinə baxır – Allah fani günahkarları o qədər sevdi ki, bu uğursuz itaətsizləri təqdis etmək üçün itaətkar Oğlunu belə əsirgəmədi.

Peter Əhdi-Ətiq ilə Nazaretli İsanın Allahın Məsihi olduğunu və təsadüfi olaraq deyil, Atanın məsləhəti ilə qatillərin əlinə təslim edilib öldürüldüyünü sübut etdikdən sonra ciddi hücuma keçdi – ona qulaq asanları fikirlərini dəyişməyə çağırdı. “Tövbə” sözü təkcə emosional peşmançılıqla tökülən göz yaşları və çəkilən xəcalət deyil, həyatın büsbütün dəyişilməsi, yalançı məqsədlərdən imtina və həqiqi ilahi məqsəd olan Məsihə tərəf dönmə deməkdir. Biz Məsihə tərəf dönəndə günahlarımızı etiraf edirik, Allahın qəzəbinə layiq olduğumuzu boynumuza alırıq, bizə bəxş edilən lütfə inanır və bol əfvdən möhkəm tuturuq. Qüruru sınmış halda Allaha təslim olmaq mütləq və hədsiz ilahi lütfə yol açır, çünki Məsih çarmıxda xilasımızı tamamladı və Ona iman edən hər kəs saleh sayılır.

Allahın salehliyi ürəklərə gəldikdə Rəbbin hüzurunda rahatlıq və Allahla barışıq vaxtı başlayır, Müqəddəs Ruhun ənamları işləyir. Sidq ürəkdən tövbə edib Məsihə iman etmək təkcə əqidədən, yəni İsanın həyatına və ölümü ilə əldə etdiyinə inanmaqdan ibarət deyildir. Bu iman ilə biz Müqəddəs Ruhun bizdə məskən salması vasitəsilə ilahi qüvvəni qəbul edirik. Bəs sən Allahla şərikliyi əldə etmisənmi? Tövbə et və həyatındakı məqsədləri dəyişdir, Məsihi öz Xilaskarın kimi qəbul et və yeni əhddə Müqəddəs Ruhla dol!

Bil və agah ol, ey qardaş, Allahla əhdin əsas məqsədi təkcə günahların bağışlanması, əbədi həyat, Müqəddəs Ruhun ənamları deyildir, lakin Məsihin gəlişidir. Bütün yaradılış Onu gözləyir və Xaliq ilə məxluq arasındakı ayrılığın sona çatmasını arzu edir. Bu baş verəcəyi zaman Onun həyat qüvvəsi kainatdakı ümumi pərişanlığa son qoyacaq, hər şey təzələnəcək. Bizim arzu etdiyimiz təzələnmə budur. Hal-hazırda imanlıların təzələnməsi Məsihin gəlişində zühur edəcək kamil izzətin gələcəyinə zəmanət verir. Məsih hər şeyi günaha batma olayından əvvəlki qüsursuz halına döndərəcək!

Beləcə şagirdlər Rəbbin göyə qalxması barədə düşünəndə, gəlişinə hazırlanmalı olduqlarını xatırlayırdı. Onlar bilirdi ki, İsanın bir müddət Atanın yanında qalıb bizə görünməməsi vacibdir, bu yolla O, yer üzündə ruhani inqilabını gerçəkləşdirərək kainatı hər şeyin bərpa olunmasına hazırlaşdıracaq. Məsihin göyə qalxması Müqəddəs Ruhun bizdə məskən salıb bu təzələnmə prosesini bizdən başlamasının şərti idi.

Bütün həqiqi peyğəmbərlər Məsihin gəlişindən dünyanın tarixinin hədəfi kimi bəhs edirlər. Haqq-hesab günü bizim üçün son olmayacaq, əksinə, hər şeyin bərpa olunmasına görə şadlıq və təzələnmə sevinci olacaq! Bütün yaradılışın mehvəri Musanın vəd etdiyi Peyğəmbərin Özüdür. Çünki O, Musanın qədim əhdindən çox-çox üstün olan yeni əhdin zəmanətçisidir. Lakin Allahla bağlanan bu yeni əhdi rədd edənlərin heç ümidi qalmaz, çünki bu daşürəkli adamlar ilahi lütfü rədd edir və Allah Məsihi rədd edən insanları və xalqları məhv edir. Bəşəriyyətin tarixi sadəcə olaraq Məsihin qəbul və ya rədd edilməsinin nəticəsidir.

Bu dərin mənalı və uzun nitqindən sonra Peter yəhudiləri İsanı qəbul etməyə çağırdı. O onlara peyğəmbərlərin varisləri olduqlarını, Allahın onların əcdadları ilə əhd bağladığını izah etdi. İnsanların Onunla eyni səviyyədə olmadığına görə bərabər tərəflər kimi Onunla əhd bağlaya bilmədiyini bilən əzəli və müqəddəs Yaradan günahkar, fani yaradılışı ilə Özü əhd bağladı. Bu necə də böyük lütfdür!

Allahın dikbaş insanlarla münasibətlərinin tarixi, İbrahimi seçməsi ilə başladı. Müqəddəs Olan bu köçəri adama dedi ki, onun nəslindən gələcək Adam dünyanın bütün tayfalarına Allahın xeyir-duasını verəcəkdir. Şeytanın qarşı durmasına, insanların qüsur və zəifliklərinə rəğmən, Allah planını yerinə yetirdi – gün gəldi ki, Müqəddəs Ruh qədim əhdin hüdudlarından çıxaraq bütün xalqları Allahla şərikliyə çağırdı. Lakin Peter bu lütfü ilk növbədə yəhudilərə təklif etdi və iman edən hər kəs xilas oldu.

Allah düşmənlərinə xeyir-dua verdi və Oğlunu çarmıxa mıxladanlara tövbə etmək fürsəti verdi. Məsih Atasının iradəsinə görə ölümdən dirildi. Atası Onu diriltdi və Öz izzətinə ucaltdı və Oğul ardıcıllarına göylərdəki xeyir-dualarını payladı. Rəbb qulaq asanların ürəklərini yumşaldaraq Özünə tərəf döndərdi. İnsan öz-özünə tövbə etməz, onun Məsihə iman etməsinə Müqəddəs Ruh kömək edər. Lakin tövbə etməyən, pisliyindən əl çəkməyən adam Məsihlə şərikliyə nail ola bilməz. Allah bizim qəti qərar və məqsəd ilə Ona tərəf dönməyimizi gözləyir. Onda O bizi təzələməyə balşaya biləcək. Bəs sən günahlarını tərk etmisənmi? Məsihə bağlamısanmı?

DUA: Ey göylərdə olan Rəbb, Sən gəlib hər şeyi bərpa etməyə hazırlaşırsan! Bizə şərdən uzaq olub, Sənin lütfündə qalmaqda kömək ol! Bu həyatda yeganə məramımız Sən ol! Bizi lütfünlə xilas etdiyin kimi, ətrafımızda buna hazır olan çox adamı xilas et!

SUAL:

  1. Dünyanın tarixinin mənası nədir?

www.Waters-of-Life.net

Page last modified on July 04, 2013, at 08:22 AM | powered by PmWiki (pmwiki-2.3.3)