Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 243 (Jesus’ Entire Submission to His Father’s Will)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
ALTINCI HİSSƏ - İsanın çarmıxdakı iztirabları və ölümü (Matta 26:1 - 27:66)

12. İsa Atasının iradəsinə təslim olur (Matta 26:42-46)


MATTA 26:42
42 İsa yenə ikinci dəfə uzaqlaşdı və dua etdi: «Ey Atam, əgər Mən içmədən bu kasanın keçməsi mümkün deyilsə, qoy Sənin iradən olsun».

Məsih Müqəddəs Ruhun güvvəsi ilə Öz cisminin istəyinə qalib gəldi və təkrar başqa sözlərlə dua etdi, lakin əvvəlki kimi Allahla tam vəhdət içində idi. Oğul anladı ki, dünyanın xilası üçün Onun çarmıxa çəkilməsindən başqa yol yoxdur.

Adamın İsanın qanı ilə yox, Qanuna əməl etməsi ilə saleh sayıldığını öyrədənlərin vay başına! Belə insanlar onlar üçün hazırlanmış xilasa şərik olmurlar, çünki yalnız İsa bizim əvəzimizə qəzəb kasasını içmişdir.

Allahın Oğlu ikinci duasında Öz iradəsinə qalib gəldi və bizi o qədər sevdi ki, ilahi qəzəb kasasını bizim əvəzimizə içməyə, günahkarlar yolunda qurban olaraq ölməyə və hətta Atasından ayrılmağa belə razı oldu.

Dua yalnız adamın Allaha öz istəklərini bildirməsindən ibarət deyildir. Dua həmçinin adamın öz iradəsini Allahın iradəsinə tabe etməsidir. Biz çətin vəziyyətdə Allaha sığınanda, bütün yollarımızı, əməllərimizi Ona təslim edəndə, “Sənin iradən olsun!” deyə dua edəndə, dualarımız məqbul olur.

MATTA 26:43-46
43 İsa qayıdanda gördü ki, onlar yenə yatıb. Çünki onların gözləri yumulurdu. 44 Onları tərk edib təkrarən uzaqlaşdı, yenə eyni sözlərlə üçüncü dəfə dua etdi. 45 Sonra İsa şagirdlərin yanına qayıdıb onlara dedi: «Hələ də yatıb dincəlirsiniz? Budur, vaxt yaxınlaşıb və Bəşər Oğlu günahkarların əlinə təslim olunur. 46 Qalxın gedək. Budur, Mənə xəyanət edən gəlir!»
(2Kor. 12:8)

İsa üç dəfə eyni şeyə görə dua etdi. İkinci duasında söylədiyi sözləri üçüncü duasında təkrarladı. Eyni duanı təkrarlamasının səbəbi imansızlığı deyil idi; yəqin ki, İsa sınağaçəkənin Onu bu son saatlarda Allahın iradəsinə itaətindən yayındırmaq məqsədilə Ona daha çox hücum edəcəyini bilirdi. Belə duaları təkrar edərək İsa Atasının iradəsində möhkəmləndi və bütün dünyanın uğrunda Allahın qəzəbinə tab gətirə biləcək yeganə Şəxs olduğunu təsdiq etdi.

Bu sınaq vaxtında göydə və yerdə hər şey sanki dayandı. İsa asan yolu seçsəydi, bizim xilasımız üçün Atasından ayrılmağa razı olmasaydı, biz hamımız əbədi olaraq həlak olmağa məhkum olardıq. Ancaq İsa Özünü inkar edərək çarmıxını götürdü və xilasımız üçün öldü. Haleluya!

DUA: Ya Rəbbimiz Məsih, sevinc və şükür ilə Sənə səcdə edirik, çünki Sən bizim məhkumiyyətimizi Öz üzərində daşımısan, bizim günahlarımızın ucbatından Atanın qəzəbindən əzab çəkmisən. Bizim uğrumuzda öldüyünə görə minnətdarlığımızın bir ifadəsi kimi bədənlərimizi, ürəklərimizi və zehinlərimizi qəbul et və sınağa düşməyək deyə, bizi təqdis et! Müntəzəm olaraq dua etməyi bizə öyrət, qoy biz Sənin planında bir olaq və bizi yoldan çıxartmağa çalışan hiyləgərdən həmişə özümüzü gözləyək!

SUAL:

  1. İsanın Getsemani bağında dalbadal etdiyi üç duadan nə öyrənirik?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:16 AM | powered by PmWiki (pmwiki-2.3.3)