Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 180 (Pride Among Jesus’ Followers)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
DÖRDÜNCÜ HİSSƏ - İsanın Yerusəlimə gedərkən İordan vadisində xidməti (Matta 19:1 - 20:34)

10. İsanın ardıcılları arasında ağılsız birincilik davası (Matta 20:20-23)


MATTA 20:20-23
20 O zaman Zavday oğullarının anası oğulları ilə birlikdə İsaya yaxınlaşıb səcdə qılaraq Ondan nə isə dilədi. 21 İsa qadından «Sən nə istəyirsən?» deyə soruşdu. Qadın Ona dedi: «Əmr et ki, mənim bu iki oğlum Sənin Padşahlığında biri sağında, biri solunda otursun». 22 Amma İsa cavab verib dedi: «Nə dilədiyinizi özünüz də bilmirsiniz. Mənim içəcəyim kasadan siz də içə bilərsinizmi?» Onlar dedilər: «Bilərik». 23 İsa onlara dedi: «Mənim içəcəyim kasadan içəcəksiniz. Amma sağımda və yaxud solumda oturmağa izin vermək Məndən asılı deyil. Atam oranı kimlər üçün hazırlayıbsa, onlara veriləcək».
(Mat. 10:2; 19:28; 26:39; Mark 10:35-45; Həv. 12:2; Vəhy 1:9)

Şagirdlərin ürəkləri daşa dönmüşdü, onlar İsanın ölüm xəbərini eşidəndə mənasını dərk etməmişdilər, onların fikri-zikri yeni dünyada və onlara vəd olunan ehtişamlı taxtlarda idi. Yaqubun və Yəhyanın anası İsaya oğulları ilə birlikdə yaxınlaşıb səcdə qıldı və Padşahlığında oğullarının biri Onun sağında, o bir da solunda oturacağını söz verməsini İsadan xahiş etdi. Ola bilsin ki, onlar İsaya yaxın olduqlarına görə bu cür xahişlə müraciət edə biləcəklərini zənn etmişdilər (Yəh. 19:25).

Şagirdlərin, problemlərinin nə dərəcədə ciddi olduğundan xəbəri yox idi. İsa əziyyət və xilas barəsində düşünərkən, onlar şərəf və səlahiyyət arzusunda idilər. Məsih Öz canını qurban vermək, ölümə getmək barəsində düşünərkən, onlar hüquq və imtiyazlar əldə etmək istəyirdilər. Onlar dünyəvi, Məsih isə səmavi idi. Onlar Allahın dünyanın günahlarına qarşı qəzəbi ilə dolu kasanın nə qədər acı daddığından xəbərsiz idilər, amma Oğul bu kasanı bütünlüklə içmək əzmində idi!

O vaxtın əhəmiyyətini dərk etməyən Yaqub və Yəhya, İsanın Öz labüd ölümündən xəbər verməsinə baxmayaraq, paytaxta daxil olandan sonra möcüzə ilə taxta oturacağını gözləyirdilər. Yer üzündəki Səmavi Padşahlıqda özlərinə ən yaxşı yerləri əvvəlcədən təmin etmək istədilər. Sınağa, iblisin tələsinə düşdükləri ağlına belə gəlmirdi. İblis elə bir vəziyyət yaratmağa çalışırdı ki, İsa şagirdlərinə hirslənib kobud cavab versin. Lakin Allah Quzusu bu iki şagirdə yumşaqlıqla, mehribancasına cavab verərək, əziyyətinə və ölümünə şərik olacağına inandırdı.

DUA: Ey müqəddəs Rəbb, Sən dünyanın günahını aradan qaldıran Allah Quzususan! Sən dünyanın rüsvaylığını Öz ürəyində daşımısan. Şagirdlərin taxt-tac arzusunda idilər. Əgər biz bu dünyaya, zövqlərə, pula, mal-mülkə və sərvətə göz dikmişiksə, onları bağışladığın kimi bizi də bağışla! Bizə kömək et, rastımıza gələn bütün insanlara danışaq ki, Sən bu dəhşətli ölümə gedəndə, həm bizim, həm də onlar üçün Öz canını qurban vermisən. Həmçinin bizə kömək et ki, təqib olunan və ehtiyac içində olan imanlılara yardım edək!

SUAL:

  1. Niyə Yəhya və Yaqub qürurlandılar?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:00 AM | powered by PmWiki (pmwiki-2.3.3)