Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 173 (Abstention from Marriage)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
DÖRDÜNCÜ HİSSƏ - İsanın Yerusəlimə gedərkən İordan vadisində xidməti (Matta 19:1 - 20:34)

3. Məsihin yolunda xidmət məqsədli subaylıq (Matta 19:10-12)


MATTA 19:10-12
10 Şagirdləri İsaya dedilər: «Əgər ərlə arvad arasındakı münasibət belə isə, deməli, evlənməmək daha yaxşıdır». 11 Amma İsa onlara dedi: «Hər adam bu sözü qəbul edə bilməz, ancaq bu qabiliyyətin verildiyi adamlar qəbul edə bilər. 12 Çünki elələri var ki, anadangəlmə xədimdir, elələri var ki, insanlar tərəfindən xədim ediliblər, elələri də var ki, Səmavi Padşahlıq uğrunda özlərini xədim sayırlar. Bunu qəbul edə bilən qəbul etsin».
(1Kor. 7:7)

İsanın müqəddəslik və nikahdakı məsuliyyət barədə dediyi sözlər şagirdləri qorxuya saldı. Şagirdlər düşündülər ki, heç evlənməmək daha yaxşıdır. İsa kişinin arvadı ilə öz kefinə rəftar etməsinə icazə vermədi, lakin vəfalı, səbirli, mürdik və sevən olmasını tələb etdi. Evlənən adam məsuliyyətli, dözümlü, fədakar olmalı, ona boşanmaq hüququ verilmir.

Bu söhbətdə İsa ardıcıllarına həmçinin subaylıq imkanından danışdı. Subaylığı seçən adam evli həyatın ağır yükündən qaçmaq üçün yox, Allaha daha çox xidmət etmək məqsədilə bu seçimi edir. Evlənməyən adam evlənəndən daha müqəddəs deyildir, çünki ikisi də Məsihin əfvi və salehliyi ilə yaşayır. Ancaq kimsə Xilaskara olan məhəbbətinə görə evlənmirsə, özünü sınasın və əmin olsun ki, özünü Müqəddəs Ruha həsr etmək istəyir, yoxsa sınağa düşüb günaha batar. Vəftizçi Yəhya və Həvari Paul özləri üçün yaşamadıqlarına, öz bədənlərini Məsihə diri qurban olaraq təqdim etdiklərinə görə subaylığı seçdilər. Qoy heç kəs Allahdan aydın şəkildə bu cür göstərişi almadan subaylıq yolunu seçməsin. Təbii qanun elədir ki, insan ailə qurmalı və həyat yoldaşı ilə birlikdə Allahın qüvvəsi və məhəbbəti ilə bir-birini bağışlayıb xidmət edərək yaşamalıdır.

Məsih şagirdlərinin “evlənməmək daha yaxşıdır” sözünə cavabən subaylıq imkanından danışdı, bununla belə subaylıq, boşanmanın qadağan edilməsinə qarşı etirazlara görə seçilməməlidir; İsa sadəcə olaraq təsdiq edir ki, nəfsinə hakim ola bilən və nikaha ehtiyacı olmayan bəzi adamlar üçün subay qalmaq daha yaxşıdır. Subaylar istəsələr “Rəbbi necə razı salmaq barəsində düşünüb Rəbbin işlərinin qayğısına qalır” (1Kor. 7:32-34), çünki dünyəvi qayğıları az olur. Onların öz vaxtını və fikrini Allahın işlərinə həsr etmək imkanı daha çoxdur. Lütfdə artmaq ailənin artmasından yaxşıdır. Ata və Oğlu İsa ilə ünsiyyət başqa hər cür ünsiyyətdən yaxşıdır.

Məsih evlənməyi qadağan etmək fikri ilə razı deyil idi, çünki “hər adam bu sözü qəbul edə bilməz”. Əslində, buna qadir olan adamlar azdır, bu səbəbdən nikaha hörmətlə yanaşmaq lazımdır və “ehtirasdan yanmaqdansa ailə qurmaq daha yaxşıdır” (1Kor. 7:9).

DUA: Ya Rəbb İsa Məsih, həmd olsun ki, Sən ömrünün axırına qədər subay qalmısan, daim nəfsinə hakim olmusan və çoxları uğrunda canını fidyə vermisən. Murdar fikirlərimiz, şəhvətə meyil göstərdiyimiz üçün bizi bağışla. Bizə pak olmağı və hörmətli nikah üçün hazır olmağı öyrət, qoy biz Sənin pak qanınla müqəddəs həyat sürək, bir-birimizə xidmət edək, əsla nifrət etməyək və boşanmayaq! Sənin adınla bağlanan bütün nikahları Öz məhəbbətinin qüvvəsiylə hifz et!

SUAL:

  1. Səmavi Padşahlıq xidmətində subaylığın mənası nədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:59 AM | powered by PmWiki (pmwiki-2.3.3)