Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 167 (Prohibiting and Forbidding in Christ’s Name)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
4. Allahın Padşahlığının daxili nizamı (Matta 18:1-35) -- İsanın sözlərinin dördüncü məcmuəsi

c) İsanın adı ilə bağlamaq və açmaq səlahiyyəti (Matta 18:18-20)


MATTA 18:18-20
18 «...Sizə doğrusunu deyirəm: yer üzündə bağlayacağınız hər şey göydə bağlanmış olacaq və yer üzündə açacağınız hər şey göydə açılmış olacaq. 19 Yenə sizə doğrusunu deyirəm: yer üzündə sizlərdən iki nəfər diləyəcəkləri hər hansı bir şey üçün razılığa gələrsə, göylərdə olan Atam onların istəklərini yerinə yetirəcək. 20 Çünki harada iki və ya üç nəfər Mənim adımla yığılarsa, Mən də orada, onların arasındayam».
(Mat. 16:19; 28:20; Mark 11:24; Yəh. 20:23)

Məhəbbət yetkinləşəndə, yaşayan ümiddə iman birliyi gerçəkləşir. İmanlılar Cəmiyyətinin gücü elə bu birlikdədir ki, ayrı-ayrı insanları və qrupları bir araya gətirir, onlar Məsihin Ruhunda dua edirlər və Ruh onların dualarına cavab verib hərəkət edir. İmanlılar Cəmiyyətinin gücünə işarə edən, üzvlərinin sayı, bank hesabındakı vəsait deyildir, dua edən üzvləri arasındakı Məsihin hüzurudur. Çünki onların şəhadəti ilə çoxları Xilaskara tərəf dönür, günahlarının bağışlanmasına nail olurlar. İsa təkcə Peterə deyil, hər həvarisinə göylərin açarını vermişdir. Kimin ürəyində Müqəddəs Ruh yaşayırsa, o adam Allahın qüvvəsiylə hərəkət edir, çünki onun vasitəsilə Rəbb Özü işləyir.

Bəs sizin cəmiyyətinizdə fasiləsiz “dua zənciri” varmı? Məsih Özü Onun məhəbbətinin məqsədinə görə yaşayan hər kəsdə məskən salır, onların Müqəddəs Ruhda etdikləri dualarına cavab verir.

Məsihin dualarımıza cavab verəcəyinə dair bu vədi bizi həvəsləndirir ki, yığışıb Allahın indi bizim üçün xeyirxah iradəsini birgə axtaraq, aramızda olan İsa Məsihin adı ilə axtaraq. Amma əgər hansısa məsələ barəsində Onun iradəsini bilmirsinizsə, özünüzə sual verin: Məsih mənim vəziyyətimdə olsaydı, nə edərdi? Məsihin Ruhunun ilhamını axtarın, hamınız birgə imanla dua edin və İsa Məsihin adı ilə Allahdan cavab gözləyin.

Həqiqətən, iki və ya üç məsihi imanlı bir araya gələndə, Məsih Özü onların arasındadır. Bu vəd hər kiçik toplantının iştirakçılarını ruhlandırmalıdır.

Toplantı iştirakçıların istəyi ilə kiçik ola bilər. Hər imanlı, təklikdə keçirdiyi ibadətdən və ümumi toplantıdan başqa, arabir dua və ünsiyyət üçün iki-üç nəfərlik kiçik qrupda toplaşmağa ehtiyac duya bilər. Belə toplantı, böyük toplantıların zərurətini ləğv etməz, ancaq onları tamamlayar. İki-üç nəfərlik toplantılarda Məsih Özü iştirak edər.

Toplantının kiçik qrup olaraq keçirilməsi zərurətdən doğa bilər. Bir ərazidə cəmi iki və ya üç imanlı olanda, yaxud daha çox olmasına baxmayaraq təqiblərə görə hamı birgə toplantı keçirə bilməyəndə, iki-üç nəfərlik toplantılarında belə Məsih “onların arasında” olacaq. Məsihin hüzuru insanların sayından deyil, pak və təmiz iman və ibadətlərindən asılıdır. Onlar iki-üç nəfər olsa belə (daha az qeyri-mümkündür), toplantıları iki-üç min nəfərin iştirak etdiyi toplantıdan heç də az dəyərli olmayacaq.

Unutmayın ki, İsa yalnız o şərtlə aranızda olacaq ki, siz bir-birinizlə barışmış, Onun xidmətində, Müjdəsini yaymaq işində birləşmisiniz. İsanın hüzuru bu dünyanın problemləri və təhlükələri arasında Səmavi Ruhun enməsiylə gerçəkləşir. Məsih aranızda olur, sizinlə birgə işləyir və sizi qoruyur.

DUA: Ey rəhmli Rəbb İsa, Sənə şükür edirəm, çünki Sən Xilaskar və Təsəlliverici kimi aramızda olacağını vəd etdin, o şərtlə ki, biz şəhadətimizlə günahları açıb-bağlamaq üçün Sənin xidmətində birləşık. Bizə kömək et, biz-birimizi bağışlayaq və başqalarının günahlarını yaddan çıxardaq! Sənə yalvarırıq, İncildən Sənin iradəni öyrənək və Sənin məqsədlərinə görə, Sənin iradənin bizdə, aramızda və vasitəmizlə yerinə yetirilməsi üçün dua edək!

SUAL:

  1. Məsih nə zaman aramızda olur?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:57 AM | powered by PmWiki (pmwiki-2.3.3)