Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 160 (Epileptic Boy Cured)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
3. İsa xidmətlərdə və yollarda (Matta 14:1 - 17:27)

o) Epileptik oğlan şəfa tapır (Matta 17:14-21)


MATTA 17:19-21
19 O zaman şagirdlər İsaya təklikdə yaxınlaşıb dedilər: «Nə üçün biz o ruhu qova bilmədik?» 20 İsa da onlara dedi: «İmanınız az olduğu üçün. Çünki sizə doğrusunu deyirəm: bir xardal toxumu qədər imanınız olarsa və siz bu dağa “buradan oraya köç” desəniz, o köçər və sizin üçün mümkün olmayan heç bir şey olmaz. 21 Bu cür ruhlar yalnız dua və orucla çıxar».
(Mat. 10:1; 21:21; Luka 17:6; 1Kor. 13:2).

Məsihin yolunda xidmət edərkən cinə tutulmuşların azad olunması üçün təkidlə dua və oruc etmək lazım gələ bilər. Oruc adamı dünyəvi qayğılardan azad edir və fikrini göylərə yönəltməsinə kömək edir. Oruc tutarkən ürəyində durmadan Rəbbin ilə söhbət edə bilərsən. Belə dua istər dünyada, istərsə də axirətdə fəaldır, çünki belə duaya görə Məsih insanları günahdan qurtarar və pis ruhları qovar. Sən İsanı əlindən tutsan, O sənə ağlasığmaz xeyir-dualar verər və sənin vasitənlə çoxlarını şeytanın əsarətindən azad edər.

Sözsüz ki, sən öz qüdrətinlə dağları yerindən oynada bilməzsən. Əslində, nə Məsih, nə də həvarilər bu vədi həqiqi mənada həyata keçiriblər, çünki bu, heç kimə lazım deyil. Allahın məhəbbəti səni təvazökar əməllər etməyə həvəsləndirir. Belə ki sən öz qürurunun dağlarını aradan qaldırıb Məsihin adı, Onun məhəbbəti naminə biçarə, yoxsul adamların xidmətçisi olasan. İnsanlar üçün mümkün olmayan Allah üçün mümkündür. O səni yeni məxluq kimi yaradar və sən Onun kimi lütfkar, həlim olarsan, imanla mərhəmət dolu qüdrətinə şərik olarsan. Həlim olanlar onları qüvvətləndirən Rəbb İsanın istədiyini edə bilərlər, çünki Allah-Taalanın onların ürəklərində məskən salması üçün heç bir maneə yoxdur.

Oruc və dua bizə hücum edən şeytanın qüvvəsini məğlub etmək üçün zəruri vasitələrdir. Oruc duanı qüvvətləndirmək üçün lazımdır. O bizim Rəbbə olan tabeliyimizi sübut edir, bəzi pis adətləri tərk etməkdə kömək olur, bədəni duada Ruha xidmət etməyə hazırlaşdırır.

DUA: Ey Səmavi Ata, biz zəmanəmizin övladlarıyıq. Buna görə imanımız zəifləyib, məhəbbətimiz azalıb. Budur, biz Sənə yalvarırıq, bizi aldanmaqdan, imansızlıqdan azad et, qoy biz Oğlunu əlindən tutaraq biçarə yoxsullara məhəbbət göstərək, düşmənlərimizi əfv edək və ətrafımızdakı insanların xilası üçün Sənin istədiyini edək!

SUAL:

  1. Məsihə iman edənlərdə Allahın qüvvəsinin axmasının sirri nədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:55 AM | powered by PmWiki (pmwiki-2.3.3)