Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 159 (Epileptic Boy Cured)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
3. İsa xidmətlərdə və yollarda (Matta 14:1 - 17:27)

o) Epileptik oğlan şəfa tapır (Matta 17:14-21)


MATTA 17:14-18
14 Onlar xalqın yanına gələndə bir adam gəlib İsanın qarşısında diz çökərək dedi: 15 «Ya Rəbb! Oğluma rəhm elə, çünki o, epileptikdir və çox əzab çəkir. Tez-tez gah oda, gah da suya düşür. 16 Onu Sənin şagirdlərinin yanına gətirdim, lakin ona şəfa verə bilmədilər». 17 İsa cavab verərək dedi: «Ey imansız və yolunu azmış nəsil! Nə vaxta qədər sizinlə olacağam? Nə vaxta qədər sizə dözəcəyəm? Uşağı buraya, yanıma gətirin». 18 İsa cinə qadağan etdi və cin uşaqdan çıxdı. Oğlan o saatda şəfa tapdı.
(Mark 9:14-29; Luka 9:37-42)

Məsih görünüşünün dəyişdiyi dağdan günahkarlar yaşayan vadiyə endi. Dağda nurlu mələklərlə, Musa və İlyasla görüşən İsa vadiyə enən kimi şeytanın korladığı oğlanı gördü. Hələ də dağdakı izzətli görüntüdən mütəəssir olan şagirdlər birdənbirə şər dolu dünyaya qayıtmaqdan sarsıntı keçirdi. Məsih onları gerçəkliyə dönməyə - ruhani müharibə içərisində olduqlarını xatırlamağa və cinə tutulmuş oğlanın azad edilməsi uğrunda mübarizəyə qoşulmağa məcbur etdi.

Şagirdlər oğlanı azad edə bilmədilər. İsanın adı ilə murdar ruha nə qədər qadağan etsələr də, xeyri yox idi. Məsih öləcəyindən danışmağa başladığı zamandan sonra imanları zəifləmişdi, ürəklərinə qorxu və narahatlıq girmişdi.

Məsih bu cür ruhən soyuyan, Allahın planına tabe olmaq istəməyən adama “imansız” deyir. Müqəddəs Olanın iradəsində qalmayan, öz kefinə həyat sürmək istəyən adam imansız, hiyləgər və inadkardır! Orada olanların hamısı – ata və cinə tutlmuş oğlu, camaat, ilahiyyatçılar və hətta İsanın şagirdləri belə Allahın məhəbbətində və xilas planında yaşamadığına görə Məsihin qüvvəsindən məhrum və zəif idi.

Məsihin şeytan üzərində qələbələri Onun ağzından çıxan qılınc olan sözünün qüvvəsindən qaynaqlanır (Vəhy 19:21). Şeytanın insan ürəkləri üzərində hökmranlığı nə qədər uzun çəksə də, Məsihin əmri qarşısında dura bilməz. Məsihin “başçıları və hakimləri tərk-silah edib, onlara çarmıxda qələbə çalaraq aləmdə rüsvay etməsi” (Kol. 2:15) onlara qarşı mübarizə aparanlara təsəlli verir.

Özünü sına, İsa ilə birləşməyinə nə mane olur? Niyə imanın zəifdir və qüvvən yoxdur? Bəlkə insanlara da, Allaha da qarşı məhəbbətin soyuyub və sən hələ dikbaşlığından əl çəkməmisən? Məsihdən sənə asiliyini göstərməsini, sənin itaətsiz ürəyinə sarsıdıcı zərbə endirməsini istə. Ondan sonra xəstələri Məsihin yanına gətir, axı onların şəfa vermək cəhdlərinə deyil, Böyük Həkim İsaya ehtiyacları var. Günahkar ata kimi fəryad et: “İman edirəm, kömək et ki, imansızlığım yox olsun!” (Mark 9:24)

Məsih zəif imanlı atanın duasına o saat cavab verdi, oğlundan cin qovdu. Biz imanla İsadan müdaxilə etməyi istəyəndə, heç bir ruh Məsihin qüdrətinə mane ola bilməz. Məsihə pənah gətir, ürəyin iztiraba düşsə də, sən aciz qalsan da, İsadan dilə ki, O səndə və sənin ətrafında qələbə çalsın. Çətin vəziyyətlər qarşısında ruhdan düşmə, təslim olma, ancaq Rəbbinin qüdrətinə iman et və təkidlə Ona dua et!

DUA: Ey Səmavi Ata, Ruhlar və cinlər Sənin Oğlunun qabağında dura bilməzlər, çünki O qadir, həlim və müqəddəsdir. Sənə şükür edirik, çünki Oğlun cinə tutlmuş oğlanı şeytandan azad etdi, cini qovdu. Səndən xahiş edirik, qoy imanımız qüvvətlənsin və biz əzizlərimizdən və bütün tanışlarımızdan ancaq İsanın adı ilə inadkar murdar ruhları qovaq ki, onlar artıq iblisin hökmü ilə “palçığa” batmasınlar, lakin tamamilə azad olsunlar və Sənin ardınca gedib əbədi olaraq Səndə qalsınlar! Amin.

SUAL:

  1. İsa, oğlandan cin qova bilmədikləri üçün şagirdlərini necə məzəmmətlədi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:55 AM | powered by PmWiki (pmwiki-2.3.3)