Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 147 (Jesus Attacks Fanaticism and Shallowness)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
3. İsa xidmətlərdə və yollarda (Matta 14:1 - 17:27)

i) İsa təəssüb və dar düşüncəyə qarşı çıxır (Matta 16:1-12)


MATTA 16:1-4
1 Fariseylər və sadukeylər yaxınlaşıb İsanı sınamaq üçün xahiş etdilər ki, onlara göydən gələn bir əlamət göstərsin. 2 Amma İsa onlara cavab verdi: «Axşam olanda siz: “Hava yaxşı olacaq, çünki göy qırmızıdır”, 3 səhər çağı “bu gün fırtına qopacaq, çünki göy qırmızıdır, tutqundur” deyirsiniz. Göyün görünüşünü seçə bilirsiniz, ancaq zamanın əlamətlərini seçə bilmirsiniz? 4 Pis və vəfasız nəsil bir əlamət axtarır. Amma ona Yunusun əlamətindən başqa heç bir əlamət verilməyəcək». İsa onları tərk edib getdi.
(Mat. 11:4; 12:38-40; Mark 8:11-12; Luka 12:54-56)

Burada Məsihin farisey və sadukeylərlə söhbətini görürük. Həv. 23:7-8-dən bildiyimiz kimi, bu iki qrup arasında bir sıra fikirlər üzərində ixtilaf var idi, amma onlar Məsihə qarşı durmaqda əlbir idilər. Məsihin təlimləri ruhani aləmi və ölümdən sonrakı həyatı inkar edən sadukeylərin qənaətlərini heç etdiyi kimi, ağsaqqallardan qalan adət-ənənələrini təbliğ edən farisyelərin təkəbbürü, təəssübkeşliyi və ikiüzlülüyünü heçə-puça çıxarmışdır.

Bir dəstə adam İsanı dövrəyə alaraq sınağa çəkdi, Padşah Məsih olduğunu sübut edəcək bir möcüzə göstərməsini tələb etdi. İsanın çoxlu şəfa, cin qovma, ölü diriltmə möcüzələrinə qane olmayan bu adamlar Onun Allah tərəfindən göndərildiyinə inanmaq üçün romalıların üzərinə göydən od yağdırmasını, yaxud günəşi bir nöqtədə dayandırmasını istədilər. Çünki insanlar tövbəyə dəvət edən imanı istəmirlər, amma imanın tələblərindən canlarını qurtarmaq üçün siyasi və iqtisadi sahədə konkret sübutlar tələb edirlər.

Məsih heç bir insanın əmrinə baş əyməz, heç kəsə Onu sınağa çəkməsinə əsla yol verməz. O Ona qarşı olan pis niyyətlərini dərhal üzə çıxardı. O onlara göstərdi ki, onlar təbiətin qanunlarını yaxşı bilsələr da, Onu tanımadılar. Çünki onlar yeni əhdin ruhani gerçəkliyini tanımaq istəmədilər və Məsihin Allahın məhhəbəti və mərhəməti ilə dolu işlərini görməzliyə vurdular. Onlar Müqəddəs Ruhdan onları haqq yola gətirməsini istəmədilər, amma zorakılıq üzərində qurulan siyasi padşahlıq axtardılar. Onlar Allahın lütf və əfv dolu Padşahlığını axtarmadılar. Bu səbəbdən Məsih onları “pis və vəfasız nəsil” adlandırdı.

Hazırda çoxlu müdrik adamlar günün fürsətlərini görə bilmir və ya görmək istəmir, amma başqa işlərdən yaxşı başları çıxır; buna görə də onlar əllərinə düşən fürsətləri əldən buraxırlar.

Məsih bu sözləriylə bütün bəşəriyyətin halını təsvir etdi. Lakin onların daşürəkli olmalarına baxmayaraq, asi bəşər övladlarını sevən Səmavi Ata, Məsihin izzətini dərk etsinlər deyə onlara misilsiz bir əlamət verdi. Balina dəniz fırtınasında Yunus Peyğəmbəri udduğu və üç gün sonra tüpürüb atdığı kimi, İsa çarmıxda əzab fırtınasından keçəndən sonra ölümdən həyata qayıtdı. Allah ölümü İsanı qaytarmağa məcbur etdi ki, İsa günahkarlara salehlik və əbədi həyat bəxş etsin. Bəşəriyyətin tarixində ən böyük olan, misli olmayan bu əlamət, hökm günündə həlledici rol oynayacaq.

DUA: Ya Rəbb İsa Məsih, Sən bütün davranışın və sözlərin, möcüzələrin və ölümdən dirilməyin ilə Allahın əlamətisən. Ölümdən dirilmən əbədi həyat vədinin, ölüm və şeytan üzərindəki qələbənin həqiqiliyini sübut edir. Sənə şükür edirik, qələbənə görə cuşa gəlib sevinirik, əbədi həyata şərik olmaq haqqını, gücünü imanla Səndən qəbul edirik!

SUAL:

  1. Niyə Məsihin əzəmətli dirilməsi ilahiliyinin bariz sübutudur?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:53 AM | powered by PmWiki (pmwiki-2.3.3)