Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 136 (Jesus Rejected at Nazareth)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
2. Məsih Səmavi Padşahlığın ruhani böyüməsi barədə məsəllərlə öyrədir (Matta 13:1-58) -- İsanın sözlərinin üçüncü məcmuəsi

f) Nazaretin əhalisi İsanı rədd edir (Matta 13:54-58)


MATTA 13:54-58
54 Öz doğma yurduna gələrək oradakı sinaqoqda xalqı öyrətməyə başladı. Camaat təəccüblənərək dedi: «Bu Adamda belə hikmət, belə möcüzələr yaradan qüvvə haradandır? 55 Bu, dülgərin Oğlu deyilmi? Anasının adı Məryəm deyilmi? Yaqub, Yusif, Şimon və Yəhuda Onun qardaşları deyilmi? 56 Bütün bacıları aramızda yaşamırmı? Bəs onda bu Adama bütün bu şeylər haradandır?» 57 Onların İsaya acığı tutdu. Amma İsa onlara dedi: «Bir peyğəmbərə öz yurdundan və öz evindən başqa heç bir yerdə xor baxmazlar». 58 İsa onların imansızlığı üzündən orada çox möcüzə yaratmadı.
(Mark 6:1-6; Luka 4:16-30; Yəh. 6:42; 4:44)

Məsih günah dolu Kefernahum şəhərini tərk edib uşaqlığı keçən Nazaretə gəldi ki, sakinlərini Səmavi Padşahlığa dəvət etsin. Keçmişdə, uşaq olanda sakitcə oturub Tövrata qulaq asdığı sinaqoqda toplantı gedirdi. İsa oraya gəldi, ancaq bu dəfə şəhərin heyrətlənən sakinlərinə şəhadət etdi ki, O Özü Rəbbin Ruhuna malik olan, gözlənilən vəd olunmuş Məsihdir (Luka 4:18-19). İsanın təlimi ənənəvi Tövrat şərhçilərindən çox fərqlənirdi, çünki İsada Allahın səlahiyyəti var idi. Ürəklər lərzəyə gəldi, insanlar təşvişə düşdü, çünki Rəbbin Ruhu onların vicdanlarını məzəmmətlədi və onlar müqəddəs Olanın hüzurunu və dəvətini hiss etdilər.

Lakin onların inadkar zehinləri İsaya tabe olmaq istəmədi, çünki İsa Qüdsdəki ilahiyyat məktəblərində rəsmən oxumuş ravvin deyil idi, Tövrat alimlərindən şəhadətnamə almamışdı, onlara çoxlu qızıl gətirməmişdi. İsanın ailəsi çox savadlı və dövlətli deyil idi, əksinə, yoxsul və sadə idi. Ona atalıq edən dülgər Yusif gənc yaşda vəfat etmişdi. Buna görə Nazaretin adlı-sanlı adamları İsaya tabe olmadılar, öz soylu ailələrindən qürur duyduqlarına görə İsaya iman etmək istəmədilər.

Bu ayələrdə İsanın bacı-qardaşlarının adları sadalanıb. Bəzi şərhçilərin fikrincə, onlar İsanın əmisi uşaqları və ya övladlığa götürülmüş qardaş-bacıları idi. Müjdəçi Matta bu barədə heç nə yazmayıb, yalnız İsanın o vaxt ən azı dörd qardaşı və üç bacısı olduğuna şəhadət edib, özü də bacılarının artıq ərə getmiş olmaqlarına ehtimal var.

Qüdsdəki ali məclisin casusları İsanın qardaşlarını provokasiyaya təhrik edirdilər. Bir dəfə onlar camaata dedilər ki, guya onların qardaşı İsa ağlını itirib. Onlar İsanı təəssübkeş fundamentalistlərdən qorumaq üçün xidmətinə mane olmağa çalışdılar. Məsih dostlarından, qohumlarından iman və məhəbbət görmədi, halbuki heç kim Onu günah etməkdə ittiham edə bilmədi. Edə bisəydilər, çoxdan etmişdilər. Məsih kiçikliyindən tam pak və həlim həyat sürdü.

Toplantıdan sonra bəzi yoxsul, xor baxılan adamlar İsaya yaxınlaşdılar və İsa ilahi təbiətini göstərərək onlara şəfa verdi. Lakin iman olmayan yerdə Məsih işləyib insanları azad edə bilməz. Bəs sən öz imansızlığınla Onun Padşahlığının şəhərində yayılmasına mane olursanmı? Niyə Ona tam tabe olmursan və daim iman və məhəbbətlə Onu şərəfləndirmirsən?

DUA: Ey şəfqətli Xilaskarımız Rəbb İsa, Sən ürəklərimizi məhəbbətinlə qazanmısan və biz sevinə-sevinə Sənə tabe oluruq. Sənə yalvarırıq, bizdə möhkəm, sarsılmaz iman yarat, biz zəif olduğumuz halda, Sən bizim vasitəmizlə Padşahlığını qur! Bizə kömək ol, Padşahlığının mühitimizdə böyüməsinə mane olmayaq, amma xalqımızda Sənin ardınca gedən bütün imanlılarla birgə Sənə itaət edək!

SUAL:

  1. Matta Müjdəsinin mətninə əsasən, İsanın qardaşlarının adları nə idi və neçə bacısı var idi?

www.Waters-of-Life.net

Page last modified on May 20, 2023, at 02:17 PM | powered by PmWiki (pmwiki-2.3.3)