Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 135 (Net Cast Into the Sea of Peoples)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
2. Məsih Səmavi Padşahlığın ruhani böyüməsi barədə məsəllərlə öyrədir (Matta 13:1-58) -- İsanın sözlərinin üçüncü məcmuəsi

e) Xalqlar dənizinə atılan tor (Matta 13:47-53)


MATTA 13:51-53
51 İsa «Bütün bunları anladınızmı?» deyə soruşdu. Onlar İsaya «bəli, ya Rəbb» dedilər. 52 İsa da onlara dedi: «Ona görə də Səmavi Padşahlıq üçün şagirdlik etmiş hər ilahiyyatçı xəzinəsindən təzə və köhnə şeylər çıxaran ev sahibinə bənzəyir». 53 İsa bu məsəlləri bitirəndən sonra oradan ayrıldı.
(Mark 6:1; Luka 4:16)

Şagirdlər İsanın bütün təlimlərini anladıqlarını zənn edirdilər. İsa onlara şəfqət dolu nəzərlə baxıb təbəssüm edirdi, axı bilik kifayət deyil, biliyi həyata keçirmək lazımdır. Təlimlə yaşamaq lazımdır. Məsihi və Müjdəsini dərk etdiyini söyləməyə tələsmə, bildiyinə görə yaşa, onda daha dərin biliyə olan ehtiyacını anlayacaqsan və Müqəddəs Kitabı daha diqqətlə təkrar-təkrar oxuyub hər zaman səylə dua edəcəksən.

Əhdi-Cədid barəsində ümumi dayaz bilik kifayət deyildir. Biz onun hər bir hissəsini dərindən araşdırıb Kəlama kök salmalı, ondan güc almalı, Müqəddəs Ruh tərəfindən yönəldilməliyik. Onda bilikdə, həyatda, məhəbbətdə yetkin olacağıq və başqalarına təlim öyrədə biləcəyik. Maraqlıdır ki, yetkin müəllim daim öz fikirlərindən danışmaz, ancaq qədim hörmətli həvarilərin sözləri ilə Məsihə şəhadət edərək və Xilaskar ilə yaşadığı yeni əhvalatlarını danışaraq Məsihi ucaldar. Məsihin dünyanın tarixinə müdaxilə edərək gördüyü xilasedici işlərdən hər biri böyük möcüzədir və biz şəhadətimizlə yaşayan Rəbbimizə həmd və izzət verməliyik. Rəbbimiz dualarımıza cavab verir, imanımızı möhkəmləndirir, ardıcıllarına bol bərəkət bəxş edir. Onun Padşahlığı hərəkətsiz deyildir, amma canlıdır, böyüyüb inkişaf edir. Sən Rəbbin yolunu hazırlayırsanmı, biçinində işləyirsənmi? Sənin millətində Məsihə olan imanın artdığını görürsənmi? Şəhadətinlə Rəbbini izzətləndir, Ona şagirdlər kimi Rəbb deməklə kifayətlənmə, lakin Onu Allahın Oğlu və sadiq Xilaskar adlandır!

DUA: Səni ucaldırıq, Sənə səcdə qılırıq, ey sadiq və müqəddəs Rəbb! Sən bizim şər dolu dünyamızı rədd etmədin, tərk etmədin, amma Müjdənin torunu bütün xalqlara atdın. Sənə yalvarırıq, zəmanəmizdə milyonlarla adamı Məsih üçün qazana bilək və çoxlarının xilası üçün xidmət edək. Bizə Sənin Kəlamını əzbərləməkdə, ayələrini dost-tanışımıza öyrətməkdə kömək ol! Qoy biz Sənin bu gün gördüyün işlərə şəhadət edək! Qüdrət və izzət əbədi olaraq Sənindir!

SUAL:

  1. Tor məsəli bizə nə öyrədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:51 AM | powered by PmWiki (pmwiki-2.3.3)