Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 110 (Aim of Preaching)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
C - On İki şagird Müjdəni vəz etməyə göndərilir (Matta 9:35 - 11:1)
3. Səmavi Padşahlığın yayılma yolları (Matta 10:5 - 11:1) -- İsanın sözlərinin ikinci məcmuəsi

e) Müjdənin vəz edilməsinin ali məqsədi (Matta 10:40 - 11:1)


MATTA 10:41-42
41 Peyğəmbəri peyğəmbər olduğu üçün qəbul edən kəs peyğəmbərə layiq bir mükafat alacaq. Salehi saleh olduğu üçün qəbul edən də salehə layiq bir mükafat alacaq. 42 Kim bu kiçiklərdən birinə şagird olduğu üçün hətta bir kasa soyuq su içirdərsə, sizə doğrusunu deyirəm: mükafatsız qalmayacaq».
(1Pad. 5:17; 8:24; Mat. 25:40; Mark 9:41)

Peyğəmbərə layiq mükafat, sözlərinin tamamlanmasıdır. Peyğəmbərin arzusu budur ki, o, yalançı çıxmasın, amma həmişə Allahın adından danışsın. Yeşaya Məsihin körpə olaraq gələcəyindən xəbər verdi; Yeremya Qanunun imanlıların ürəklərində yazılacağını bildirdi; Yezekel Allahın bizə yeni ürək verəcəyini elan etdi və Daniel Məsihin bütün dünya padşahlıqları üzərində hökm sürəcəyini və son günün mühakiməsini gördü. Peyğəmbərlər sözlərinin tezliklə yerinə yetəcəyini ümid edirlər. Onlara layiq mükafat Məsihin ikinci gəlişi və Allahın Padşahlığının yer üzünə gəlməsi ilə xilas planının tamamlanmasıdır.

Həmdlər olsun ki, Məsih gəldi və ruhani Padşahlığını gətirdi. Dünyanın önəmsiz və zəif saydığı şagirdləri dünyəvi silaha sarılmadan, şəhər və kəndləri gəzib-dolaşdılar, insanları Allahın məhəbbət Padşahlığına dəvət etdilər. Maraqlıdır ki, onları alçaldan, təhqir və təqib edən, günahlandıran və öldürən adamların çoxu onları dünyada kiçik və zəif görürdü. Lakin onları qəbul edən, Allahın Özü ilə görüşürdü! Onlara bir kasa soyuq su içirdən, böyük mükafat əldə edirdi.

Onlara vəd olunan həyat çörəyi Məsihin Özüdür, o şərtlə ki, onlar Məsihə iman edirlər. İsanın balalarına bəxş edilən bərəkət boş ümidlər, xəyallar deyil, Müqəddəs Ruhun qüvvəsidir, Allahın tövbə edənlərin ürəyində məskən salmasıdır, axı O əzəldən bütün kainatın ümidi olub.

İnsanlar Məsihin şagirdlərinə Məsihə görə rəhm edib yaxşılıq etməlidirlər. Peyğəmbəri peyğəmbər olduğu üçün, salehi onu saleh Sayanın adı naminə, şagirdi də Müəlliminin xatirinə qəbul etmək lazımdır, böyük müəllimlər, ağıllı adamlar, qonşu və ya qohum olduqları üçün yox! Onlar Məsihin ardınca gedən şagirdləri kimi Onun surətini daşıyırlar. Məsih yalnız Onun adı naminə etdiyin işə yüksək qiymət verər.

DUA: Ey Ata, Səni ucaldırıq, çünki Sən Məsihi dünyanın çörəyi, millətlərin nuru olaraq dünyamıza göndərdin! Bizim mükafatımız Odur. Onu imanla qəbul ediriksə, O, müqəddəslik üçün acıb-susayanları doyuracaq! Bütün təqib olunanların qayğısına qaldığın, əziyyətlər içərisində onlara bir kasa soyuq su içirdiyin üçün Sənə minnətdarıq!

SUAL:

  1. Peyğəmbərlərin, salehlərin, Məsihin ardıcıllarının mükafatı nədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:45 AM | powered by PmWiki (pmwiki-2.3.3)