Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 075 (He Who Knows His Lord)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
A - Dağüstü vəz: Səmavi Padşahlığın Konstitusiyası (Matta 5:1 - 7:27) -- İsanın sözlərinin birinci məcmuəsi
3. Pis niyyətlər üzərində qələbə (Matta 6:19 - 7:6)

c) Rəbbi tanıyan başqalarını deyil, özünü mühakimə edər (Matta 7:1-6)


MATTA 7:6
6 Müqəddəs olanı itlərə verməyin və mirvarilərinizi donuzlara atmayın; yoxsa bunları ayaqları ilə tapdalayarlar və dönüb sizi parçalayarlar.
(Mat. 10:11; Luka 23:9)

Başqalarına xilası müjdələməyə tələsmə və günahkarları xilas edəcəyini düşünmə, çünki yeganə Xilaskar Məsihdir. Biz isə sadəcə olaraq Onun əllərindəki alətlərik. Çoxları Allahın Kəlamını eşitməyə hazır deyil, onu rədd edir, Müqəddəs Üçlükdə vahid olan Allahı anlamırlar. Onlara bütün Müjdəni başdan danışma, axı onlar bir dəfə eşitməklə onu qavraya bilməyəcəklər! Onlar sənin Xilaskar barəsindəki fikirlərini rədd edirlərsə, onları məcbur etmə. Sənin imana gəlməyindən və həyatının dəyişməsindən çox danışma. Çünki Rəbbin Ruhu ruhani sirləri anlamaları üçün onların qulaqlarını açmayınca, onlar sənin sözlərini başa düşməyəcəklər və buna görə sənə güləcəklər, səni sınağa çəkərək həlak yoluna qaytarmaq üçün tələ quracaqlar.

Onlar üçün dua et ki, Rəbbin Ruhu onların üzərində dolaşsın və ürəklərini Rəbbin sözlərini qəbul etməyə hazırlaşdırsın, həqiqəti dərk etmələri üçün onları nurlandırsın.

Xilası axtaran hər kəsi birbaşa Məsihə gətir, öz möminliyinə yox. Murdar ruhlar səni məhv etmək üçün fürsət axtarırlar. Bu ruhlar bir adamı özlərinə qul edəndə, o adam özünü heyvan kimi və hətta ondan da betər aparır. Onları öz başına xilas edə biləcəyini düşünmə. Biz onları Məsihin adı ilə sevirik və hətta cinə tutulanlara belə hörmət edirik, çünki onlar bilməsələr, küfr ilə rədd etsələr belə, Məsih onların günahlarını bağışlayıb.

İnsanı mühakimə etmə və öz gücünlə xilas etməyə də cəhd etmə, çünki bu iki iş Allaha məxsusdur. Allah səni Məsihin ardınca getməyə, Onun qüdrətini elan etməyə, qüvvəsini öz imanınla tətbiq etməyə çağırır. Az düşün, çox dua et. Az danış, çox Müjdəni araşdır. Heç vaxt heç kəsi mühakimə etmə, ancaq sev, xeyir-dua ver və səbir et, Allahın məhəbbətinin o adamda görünməsi üçün dua et!

Günaha qarşı mübarizəmiz bəzi qaydalarla tənzimlənməlidir. Biz daşürəkli rişxəndçilərə təlim, yaxud öyüd-nəsihət verməyə çalışmamalıyıq, çünki bunun əsla xeyri olmayacaq, lakin onların bizə qarşı hiddətini və nifrətini daha da artıracaq.

DUA: Ey Ata, qürurlanıb mühakimə etdiyimizə görə bizi bağışla! Biz insanları kifayət qədər yaxşı tanımırıq və başa düşmürük, biz onlardan yaxşı deyilik. Qürurdan, murdarlıqdan bizi təmizlə, qoy biz Sənin müqəddəs övladların olaq və itmiş olanları həqiqətən sevək! Bizi qoru, sevməyi, Səndə qalmağı bizə öyrət! Murdar ruhlara tutulmuş tanışlarımız üçün dua edirik, Sən onlardan murdar ruhları qov və Özün Müqəddəs Ruhunla məskən sal. Bizi qiymətli qanın ilə qoru!

SUAL:

  1. Allahın Kəlamını eşitmək istəməyənlərə necə məhəbbət göstərib xidmət edə bilərik?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:38 AM | powered by PmWiki (pmwiki-2.3.3)