Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 070 (Seeking Reconciliation)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
A - Dağüstü vəz: Səmavi Padşahlığın Konstitusiyası (Matta 5:1 - 7:27) -- İsanın sözlərinin birinci məcmuəsi
2. İbadət barəsində (Matta 6:1-18)

d) Barışmağımızın qəti tələb edilməsi (Matta 6:14-15)


MATTA 6:14-15
15 Əgər başqa insanların təqsirlərini bağışlasanız, Səmavi Atanız da sizi bağışlayar, 15 Amma siz başqa insanları bağışlamasanız, Atanız da sizin təqsirlərinizi bağışlamaz.
(Mark 11:25)

Bizim üçün ayıb olmalıdır ki, İsa bizə bağışlamaq barədə təkrar-təkrar öyrətməyə məcburdur. Yalnız bağışlayan məhəbbət Qanunun tamamlanmasıdır. Biz bilə-bilə Allahın məhəbbətindən uzaqlaşsaq, hər şeyə qadir Olan bizə düşmən olar. Ona qarşı inadkar olsaq, məhkum olarıq.

Ey qardaş, özünü sına. Allah səni təzələyibmi, mərhəməti ilə doldurubmu? Bu təzəlik necə özünü büruzə verir?

Göyün və yerin Rəbbi səni səmavi sülhünü yaymağa çağırır, çünki Allahın övladları sülhyaradandırlar. Nifrət etdiyin adam varmı? Əgər varsa, həyatında ən önəmli insan odur. Çünki Allah sənin ürəyini sınamaq və ürəyində qəzəbin, qisas alma arzusunun qalıb-qalmamasını aşkara çıxarmaq üçün o adamı sənə göndərib. Şübhəsiz ki, Müqəddəs Ruh sənin nifrətini dağıtmaq, kin-küdurətini məğlub etmək, sənə bağışlamağı, səbri, həlimliyi və təvazökarlığı öyrətmək istəyir. O zaman sən bu çətin xasiyyətli insana dözərsən, onu ürəkdən sevərsən, ona rast gəlməyinə sevinərsən, onu evinə dəvət edərsən. Allahın bağışlaması hamımız üçündür və bir-birimizi bağışlamaq əmri Əhdi-Cədidin əsasında durur. Bu şərtin yerinə yetirilmədiyi yerə Allahın Padşahlığı gəlməz. Əslində, sən düşmənə məhəbbət göstərirsənsə, bu sənin imanının bəhrəsidir. Bağışlamaq istəmirsənsə, Müqəddəs Ruhun sənin içində və ətrafında iş görməyinə inadla mane olursan. “Düşmənlərinizi sevin, sizə lənət oxuyanlara xeyir-dua verin, sizə nifrət edənlərə yaxşılıq edin, sizə əziyyət verib, təqib edənlər üçün dua edin”. Bu məhəbbət əmrinə əməl et və Allahın övladı, Məsihin qardaşı olarsan.

Lakin əgər sən daşürəkli qalsan, əgər düşmənlərindən qəzəblə qisas almaqda təkid etsən, onlarla kobud rəftar etsən, onda Məsihi ikinci dəfə çarmıxa çəkdirərsən, Allahın düşməni olarsan və bütün duaların, möminliyin ikiüzlülük və yalan olar.

Həvari Paul zindana atılanda imanlı dostu Sila ilə birlikdə sevinə-sevinə Allaha şükür ilahiləri oxuyurdu. Ayaqları kündəyə salınmış, üst-başları döyülməkdən qan içində olan bu adamlar onlara əziyyət verənləri və zindanın mühafizəçisini sevir, onlar üçün dua edirdilər. Onların duaları ilə zəlzələ oldu və insanların ürəkləri dəyişildi. Baş mühafizəçi tövbə etdi. Stefan daşlanarkən, Məsihdən nümunə götürərək onu öldürənlərə görə dua etdi və Allahın bütün övladları da bu cür dua edirlər: “Ata! Onları bağışla, çünki nə etdiklərini bilmirlər” (Luka 23:34).

Allah məhəbbəti ilə bütün təqsirlərimizi bağışlayıb. Allahın məhəbbətinə görə davranan, düşmənlərinə qarşı ürəkdən mərhəmət göstərən hər kəs Stefan kimi göylərin yarıldığını görəcək və dözümü ilə çoxlarını haqq yola gətirən, Allahı Ata kimi tanıdan Paul və Sila kimi Allahın qüdrətli işlərini görəcəklər. Özünü sına: sənin həyatında Allahın Ruhunun fəal olmasına mane olan bir şey varmı?

DUA: Ey Ata, biz ürəkdən peşmançılıq çəkib tövbə edirik və qərara gəlirik ki, hər kəsi bağışlaycaağıq. Qürurumuzu bağışla, bizə Öz müqəddəsliyini, bağışlamağını, Oğlunun həlimliyini öyrət! Bizə pislik edən hər kəsi bağışlamağı öyrət, necə ki Sən bizi bağışlamısan! Qoy bizim məhəbbətimiz Sənin mərhəmətin və xeyirxahlığın ilə üzərimizə bol-bol tökdüyün lütfünə görə minnətdarlığımızın ifadəsi olsun!

SUAL:

  1. Allahla davamlı şərikliyimizin şərti nədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:38 AM | powered by PmWiki (pmwiki-2.3.3)