Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 050 (Purpose of the Sermon on the Mount)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
A - Dağüstü vəz: Səmavi Padşahlığın Konstitusiyası (Matta 5:1 - 7:27) -- İsanın sözlərinin birinci məcmuəsi

b) Dağüstü vəzin məqsədi: Allahın Qanununun yerinə yetirilməsi (Matta 5:13-16)


MATTA 5:13
13 Siz yer üzünün duzusunuz. Amma duz öz dadını itirərsə, nə ilə duzlanar? Artıq çölə atılıb insanlar tərəfindən tapdalanmaqdan başqa bir şeyə yaramaz.
(Mark 9:50; Luka 14:34-35)

Duzsuz yeməyin dadı olmadığı kimi, Məsihin ardıcılları dünyada olmasa, dünya əsil məhəbbətdən məhrum olar. Duz qidanı çürüməkdən qoruduğu kimi, Məsihin təlimi dünyanı məhv olmaqdan qoruyur. Duz insanın bədənində azalan müəyyən maddələri əvəz etdiyi kimi, Müjdə günah içində ölü olanlara yeni həyat verir. İnsan duzsuz yaşaya bilməz. İmanlıların həyatı Müjdə ilə “duzlanmış” olmalıdır. Müjdənin təlimi “duz kimidir” – dərhal nüfuz edəndir, canlı və qüvvətlidir; Müjdə ürəyimizin dərinliyinə təsir edir; həyatımızı təmizləyir, dad verir, çürüməkdən qoruyur.

Bundan əlavə, bütün qurbanlarda (Lev. 2:13) və Yezekelin rəmzi məbədində (Yez. 43:24) duzdan istifadə olunub. Məsihin şagirdləri Müjdə təlimini qəbul edib başqalarını da öyrədəndə duz kimi olurlar. Fikirləri, hissləri, sözləri, əməlləri – bütün bunlar lütf ilə dolu olmalıdır (Kol. 4:6).

İmanlılar özləri üçün duz olmalıdırlar, başqaları üçün isə saleh olmaqla kifayətlənməyərək, saleh əməlləri ilə insanlara təsir etməlidirlər. Onlar öz dünyəvi maraqları üçün çalışmamalı, lakin başqalarının həyatına dad qatmağa, Müjdənin xoş ətrini yaymağa səy göstərməlidirlər. Bəşəriyyət cəhalətdə və şərdə batıb gedirdi, çürüyürdü. Məsih şagirdlərini göndərdi ki, öz təlimləri, həyatları vasitəsilə bu dünyanı bilik və lütf ilə “duzlasınlar”, onu Allahın və mələklərin önündə məqbul etsinlər.

Sən başqalarına dad qatmalısan, lakin özün dadsızsansa, ruhani həyatdan və lütfdən məhrumsansa, işin pisdir, vəziyyətin acınacaqlıdır. “Nə ilə duzlanar?” Duz, dadsız yeməyin çarəsidir. Lakin dadsız duz üçün heç çarə yoxdur. Məsih insana dad verir, lakin Məsihi iqrar edən adam ağılsız, əxlaqsız, lütfsüz qalırsa, onun düzəlməsi üçün artıq heç bir təlim, heç bir çarə yoxdur.

Duz öz dadını itirərsə, heç bir şeyə yaramaz. Ondan artıq heç xeyir gəlməzsə, ancaq şər gələrsə, nə üçün istifadə edilə bilər? Lütfsüz məsihi ağılsız insan kimidir. Onun sonu həlakdır. O “çölə atılar”, imanlılar cəmiyyətindən uzaqlaşar, insanlar tərəfindən tapdalanar.

Məsih səni sivilizasiyamızın içərisində, yeni dünyanın qurulmasında və onun pozulmaqdan qorunmasında iştirak etməyə çağırır. Ancaq aldanıb düşünmə ki, öz insan gücünlə planetimizin sakinlərini dəyişdirə bilərsən. Bəşəri fəaliyyətinə arxalanan hər kəs boş yerə çalışar, faydasız sözlər deyər, insanlar da ona gülərlər. Müjdəni rədd etmə, çünki ancaq o sənə yer üzünün duzu olmaq qabiliyyətini verir. Əks halda səmimi məhəbbətinin olmadığından insanlar səni tapdalayarlar.

SUAL:

  1. Məsihin “yer üzünün duzu” olmaq çağırışı nə məna verir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:34 AM | powered by PmWiki (pmwiki-2.3.3)