Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 042 (The Beatitudes)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
A - Dağüstü vəz: Səmavi Padşahlığın Konstitusiyası (Matta 5:1 - 7:27) -- İsanın sözlərinin birinci məcmuəsi

a) Nə bəxtiyardır (Matta 5:1-12)


MATTA 5:3
3 Nə bəxtiyardır ruhən yoxsullar! Çünki Səmavi Padşahlıq onlarındır.
(Yeş. 57:15)

Məsih bizə xeyir-dua vermək məqsədilə bu dünyaya gəldi, odur ki vəzinə bəxtiyarlıq barədə təlimdən başladı. O nəinki bizim üçün xeyir-duanı satın aldı, həm də onu üzərimizə tökdü və elan etdi. O “səlahiyyət sahibi kimi” vəz edərək xeyir-duanın və əbədi həyatın bizə gəlməsini əmr edir. İsanın Ona iman edənlərə vəd etdiyi xeyir-dua budur. O onlara xeyir-dua və bəxtiyarlıq sözləri deyərək, onları həqiqətən xeyir-dualı və bəxtiyar eləyir, çülnki Onun xeyir-dua verdiyi kəslər həqiqətən xeyir-dualı olacaqlar.

Əhdi-Ətiq “lənət... məhv” (Mal. 4:6) sözləri ilə başa çatıb, Əhdi-Cədid isə bəxtiyarlıq və xeyir-dua ilə başlanır, çünki biz bunun üçün çağırılmışıq ki, xeyir-duaları və Padşahlığı irs olaraq alaq.

Məsih bizə ilk öncə göstərir ki, insan yalnız Müqəddəs Ruh vasitəsilə Allahın Padşahlığına girə bilər. Bu Ruh qürurumuzu sındırmaq üçün bizə günah və haqsızlıqlarımızı bildirir. Biz alçalıb etiraf edirik ki, Allahın müqəddəsliyi qarşısında yoxsul və acınacaqlı vəziyyətdəyik, paklığı qarşısında murdarıq. Onun məhəbbətinin önündə xudbinliyimizi, həqiqətinin nurunda yalanımızı dərk edirik. Allahın Ruhu sənə günahlarını bildiribsə, səni tövbəyə yönəldibsə, kor gözlərini açıbsa, sən nə bəxtiytarsan! Rəbbə tərəf dönən günahkar nəinki Allahın Padşahlığına daxil olacaq, həm də bu irsi əbədi olaraq əldə edəcək.

İsanın yalnız Vəftizçi Yəhyanın ardıcıllarından şagird seçməsi diqqətə layiqdir. Onlar günahlarını etiraf edərək, İordan çayında vəftiz olmuşdular. Yalnız tövbə edənlər Allahın Padşahlığına daxil ola bilər. Birinci bəxtiyarlıq sözü bütün bəxtiyarlıqların zənginliyinə nail olmaq üçün əsas bir şərtdir.

SUAL:

  1. Nə üçün Allahın Padşahlığına hər kəsdən öncə “ruhən yoxsullar” daxil olurlar?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:33 AM | powered by PmWiki (pmwiki-2.3.3)