Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 030 (Call to Repentance)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BİRİNCİ HİSSƏ - Məsihin xidmətinin başlanğıcına qədərki həyatı (Matta 1:1 - 4:25)
B - Vəftizçi Yəhya Məsihin yolunu hazırlayır (Matta 3:1 - 4:11)

1. Tövbəyə çağırış (Matta 3:1-12)


MATTA 3:10
10 Artıq balta ağacların dibində yatır. Beləliklə, yaxşı bəhrə verməyən hər ağac kəsilir və oda atılır.

Bu kəlam məcazi surətdə kəsilmək təhlükəsini ifadə edir. Allahın lütfü və səbri nə qədər böyükdür! O xəbərdarlıq etmədən təqsirkarın qisasını almaz. Ağacqıranın ağacı kəsmək üçün necə baltanı qaldırdığını görmüsənmi? Yəhya hər insanı ağaca, Məsihi isə ağacqırana bənzədir. Məsih, məhəbbət və həqiqət bəhrəsini gətirən ağacları Öz Padşahlığının bağında saxlayır; xudbin, yalançı, lənətli ağacları isə, Yəhyanın şəhadətinə görə, Hakim baltası ilə kəsir.

Biz bu gün İsanın çarmıxa çəkilməsi həqiqəti əsasında lütf və əvəzsiz bağışlanma barədə lazım olandan artıq vəz edib, günaha qarşı Allahın qəzəbindən heç danışmırıqsa, xətaya yol veririk. Çarmıxa görə şükür edib dəyişilməyən hər insanın aqibəti məhkumiyyət və cəhənnəmdir.

Bu gün dünyamız Allahın lütfündən daha çox qisasına yaxındır, çünki insanlar Rəbsiz yaşayırlar, Məsihin lütfünə etinasız yanaşırlar. Allahın qəzəbinin, ədalətli cəzalarının bəşəriyyətin üzərinə düşməsi heç təəccüblü deyildir. Bütün bunlar, insanların çarmıxı və qüvvəsini rədd etmələrinin nəticəsidir. İlahi hökm bizim müharibələrlə dolu zəmanəmizdə şiddətlə alovlanır. Biz bütöv şəhərlərin bombalar altında yandığını, partlanmış binalardan qalan xarabaların altından oddan qaralmış, dəhşətli meyitlərin çıxarıldığını görmüşük. Biz artıq bundan sonra odlu cəhənnəmə gülmürük, çünki yer üzündə cəhənnəmi yaşamağa başlamışıq. Allahın səbrinə xor baxanlar dözülməz kədərə və ümidsizliyə qapılacaqlar! Onlar peşmanlıqdan barmaqlarını dişləyəcəklər, ancaq iş işdən keçmiş olacaq və artıq onların dərdinə çarə olmayacaqdır. Cəhənnəm bizim üstümüzə gəlir, ürəyini Məsihin Ruhuna açmayan insanlar üzərində cinlər hökmranlıq edir. Səni hədələyən təhlükədən ehtiyatlan, ürəyini sevindirən ilahi səsə diqqətlə qulaq as!

Bu gün xristian adlanan xalqlar bu vəziyyətdədirlər – balta artıq onların ağaclarının dibində yatır, ancaq Allahın səbri böyükdür. O hələ gözləyir. Yaxşı bəhrə verməyən hər ağac kəsilib oda atılacaq. Bu, Allahın dəyişməz hökmüdür. Vaxt gələcək, Allah Öz xalqını mühakimə edəcəkdir (bax: Rom. 2:1-10).

DUA: Ey müqəddəs Səmavi Ata, biz Səni ucaldırıq, çünki Sənin hökmlərin həqiqi və ədalətlidir. Sən Öz baltanla günahlı həyatımın dibini vurmursan, lakin məni səbirlə tövbəyə, əqlən dəyişməyə yönəldirsən, Sənin əmrlərinə görə davranmağım və Sənə məqbul olan bəhrələri gətirməyim üçün daxilimdə işləyirsən. Dostlarımı, qohumlarımı bağışla, çünki mənim kimi onlar da odlu cəhənnəmə layiqdirlər! Lakin biz, ya Rəbb, Sənin mərhəmətinə ümid bağlayırıq!

SUAL:

  1. Yaradan səndən nə gözləyir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:26 AM | powered by PmWiki (pmwiki-2.3.3)