Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 021 (Worship of the Magi)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BİRİNCİ HİSSƏ - Məsihin xidmətinin başlanğıcına qədərki həyatı (Matta 1:1 - 4:25)
A - İsanın doğulması və uşaqlığı (Matta 1:1 - 2:23)

3. Münəccimlərin səcdə qılması (Matta 2:1-11)


MATTA 2:5-6
5 «Yəhudeyanın Bet-Lexem şəhərində» dedilər. «Çünki peyğəmbər vasitəsilə belə yazılıb: 6“Ey Yəhuda torpağındakı Bet-Lexem, sən Yəhuda hökmdarları arasında ən kiçik deyilsən, çünki xalqım İsrailə çoban olan Hökmdar səndən çıxacaq”».
(Mik. 5:1)

Padşah Hirod Məsihin doğulduğu yer və gələcək fəaliyyəti barədə Müqəddəs Kitab peyğəmbərliyini eşitdi. Ən savadlı yəhudilər Məsihin Yəhudeya bölgəsində, Davudun şəhəri Bet-Lexemdə doğulacağını bilirdilər. O vaxtdan min il əvvəl Rəbb padşah Davuda misilsiz bir vəd vermişdi: onun oğullarından biri əbədi olaraq yaşayacaq, çünki Allah o Oğlun həqiqi Atası olacaq və Onun hakimiyyətinin sonu olmayacaq. Mikeya Peyğəmbər Davuda verilmiş bu peyğəmbərliyi təsdiq etdi və Məsihin əbədiliyi barədə Allahdan yeni vəhy aldı: Məsih əzəldən olub, əbədi olacaq! Onun padşahlıq iqtidarının, Səmavi Padşahlığının sonu olmayacaq!

Maraqlıdır ki, baş kahinlər və ilahiyyatçılar Hirodun önündə peyğəmbərliyin bu son hissəsinin üstündən sükutla keçdilər, çünki Məsihin onları romalıların boyunduruğundan və Hirodun zülmündən azad edəcəyini ümid edirdilər. Onlar dedilər ki, «Bəli, Padşah doğulacaq və İsrailin bölünmüş qəbilələrini birləşdirib Allah-Taala kimi onların üzərində padşahlıq edəcək».

Bet-Lexem təpələr arasında yerləşən kiçik bir şəhər idi. Oranın torpağı, alt qatındakı əhəngdaşı suyun saxlanması üçün yaxşı şərait yaratmadığına görə çox münbit deyil idi. Torpağın üst qatı quru idi. Zevulun torpağında Bet-Lexem adında başqa bir şəhər olduğundan (Yeşua 19:15), bu şəhərə "Yəhuda torpağındakı Bet-Lexem" deyirdilər. İbrani dilində "Bet-Lexem" sözü "Çörək evi" mənasına gəlir. Dünyaya həyat verən «göydən enmiş Çörəyin» dünyaya gəlməsi üçün bundan daha münasib yer ola bilməz. Onun yanına gələn ac qalmaz və Ona iman edən əsla susamaz!

Yəhudilər ilə bütpərəstlərin İsa Məsih haqqında müşahidələrinin necə düz gəldiyinə diqqət yetirin. Bütpərəstlər Onun doğulacağı vaxtı ulduzlardan öyrəndikləri kimi, yəhudilər doğulacağı yeri Müqəddəs Yazılardan öyrənmişdilər. Bu yolla onlar bir-birinə həqiqəti tanımaqda kömək edə bilirlər.

Sən Allahın Çörəyindən yemisənmi? Rəbb sənin daxilində məskən salıbmı, ürəyin Ona axur olubmu?

DUA: Sənə minnətdarıq, ya Rəbb İsa Məsih, çünki Sən həqiqi həyata olan aclığımızı, salehliyə olan susuzluğumuzu yatızdırırsan. Sən bizə Allahın məhəbbətinin mahiyyətini öyrətdin və biz Səni sevirik, Sənə şükür edir və bizi əbədi həyatında saxlamağın üçün yalvarırıq! Bizi canlandır ki, biz hamımız birgə Səni əbədi olaraq mədh edək və ucaldaq!

SUAL:

  1. Mikeyanın peyğəmbərliyində ən mühüm fikir hansı idi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:24 AM | powered by PmWiki (pmwiki-2.3.3)