Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 002 (Genealogy of Jesus)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BİRİNCİ HİSSƏ - Məsihin xidmətinin başlanğıcına qədərki həyatı (Matta 1:1 - 4:25)
A - İsanın doğulması və uşaqlığı (Matta 1:1 - 2:23)

1. İsanın nəsil şəcərəsi (Matta 1:1-17)


MATTA 1:1
1 İsa Məsihin nəsil şəcərəsi.

Dinlərin əksəriyyəti öz müqəddəs kitabları əsasında qurulub. Biz məsihilər isə heç bir kitaba qulluq etmirik, lakin misilsiz Şəxsə – bəşər olmuş Allah Kəlamına iman edirik və Onunla sıx əlaqə qururuq. Mattanın yazdığı kitab uydurma hekayələrə bənzəmir. O, qəribə bir ruhun diktə etdiyi sözləri yazmayıb, qeyb aləmindən gələn səslər eşitməyib. O sadəcə olaraq həddən artıq çox sevdiyi, ehtiram etdiyi və ardınca getdiyi Nazaretli İsanın həyat və təlimini təsvir edib. Mattanın əsəri, İsanın tarixi şəxsiyyəti barədə şəhadətdir və o, İsanı gerçək olaylar vasitəsilə Padşah, Məsih, Rəbb və Xilaskar olaraq təqdim edir.

Bu əsərin yunan mətninin başlandığı "nəsil şəcərəsi" sözləri "mənbə, törənmə, gəlmə, həyat boyunca inkişaf etmə" mənasına gəlir. İsanın bu dünyada doğulması mövcudiyyətinin başlanğıcı deyil idi, çünki O əzəldən var Olandır. Onun varlığı doğum və ya ölüm ilə məhdud deyildir. O yaşayır, çünki O Allahın Ruhudur, izzətlidir, əbədi olaraq Allahla var Olandır. O, Rəbbin Özüdür!

Nazaretli İsanın müxtəlif adları var idi. O Özünə Bəşər Oğlu, dünyanın nuru, dünyaya həyat verən Allahın çörəyi deyirdi. Düşmənlər Onu atası olmayan uşaq kimi həqarətlə "Məryəm oğlu" adlandırırdılar. Şagirdlər isə Ona "Müəllim" deyirdilər. Lakin Onun əsil adı ibranic dilində "Yeşua" idi, ərəb məsihiləri də Onu indiyədək "İsa" deyil, "Yesua" adlandırırlar. İsanın adı qarşısında cinlər lərzəyə, mələklər isə şövqə gəlirlər. Allahın iradəsinin məqsədi bu adın içindədir; bu hərflər vasitəsilə səmavi qüvvə işləyir. Biz də təvazökar şərhimizi öz adımızla deyil, bəşər olmuş Allahın Ruhu olan Rəbb İsanın adı ilə başlayırıq.

"İsa" ismi ibranicə Müqəddəs Kitabda 950-dən artıq dəfə işlənib, bu da onun bütün başqa isimlərdən daha çox mühüm olduğunu göstərir.

DUA: Ya Rəbb İsa, Sən əzəli və yaşayan Rəbsən! Sən bəşər olmusan ki, biz Sənin həyatında Allahın qüdrətini görək, sözlərindən Müqəddəs Ruhun qüvvəsini alaq. Cəhalətimizi, qabiliyyətsizliyimizi bizə bağışla! Bizi nurlandır ki, biz Sənin varlığını dərk edək, Sənə iman edək, Sənin ardınca gedək, şəhadətimiz, əməllərimiz, həmdlərimizlə müqəddəs "İsa" adına ehtiram edək!

SUAL:

  1. Niyə məsihi imanlı müəyyən bir kitaba bağlanmır, lakin İsanın Şəxsi ilə əlaqəyə girir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:20 AM | powered by PmWiki (pmwiki-2.3.3)