Waters of LifeBiblical Studies in Multiple Languages |
|
Home Bible Treasures Afrikaans |
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek? -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish? -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba
ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
Əlavə - Paulun şəxsiyyəti haqqındakı xüsusi məlumat (Romalılar 15:14 – 16:27)
8. Paul Allahı izzətləndirərək Məktubu başa çatdırır (Romalılar 16:25-27)ROMALILAR 16:25-27 Paul Romadakı imanlılar cəmiyyətinə Məktubunu Rəbbimiz İsa Məsihin Atası olan Allaha tapınaraq başa çatdırmışdır. O, Allahı hər yaradıcı qüvvənin mənbəyi, əsla tükənməyən əzəli qüvvəni bəxş etməyə qadir olan yeganə Şəxs sayırdı. İmanlılar cəmiyyətləri məhz bu qüvvə ilə yaranır və qüdrətli Ruhunda hərəkət edir! Paul bu Məktubu nə ilə başlamışdısa, eynən onunla başa çatdırmışdır (Rom. 1:16) – Paulun vəz etdiyi Müjdədə günah və təqsir içində ölü olanlar dirilir. Dörd İncil var demək yanlışdır. Müjdə yalnız dörd kitabla: Matta, Mark, Luka və Yəhyanın yazdığı İncil ilə məhdud deyildir, amma İsanın xilası haqqında xoş xəbəri elan edən hər yazını Müjdə adlandırmaq olar. Paulun vəz etdiyi Müjdə də əsil İncil sayılır. Millətlərin həvarisi etiraf etdi ki, onu Məktublarını yazmağa həvəsləndirən əsas amillər Rəbb İsanın ona Dəməşq yolunda zühur etməsi, onun dirilmiş və yaşayan Məsihi görməsi və İsanın vəd olunmuş Məsih olduğunu dərk etməsi idi! Paul ona qulaq asan hər kəsə Müjdəni vəz edir və bu vaxta qədər saxlanmış, indi isə Müqəddəs Əzəli Allahın əmri ilə aşkar olmuş, tanınmış və Əhdi-Ətiq Peyğəmbərlərinin yazıları ilə dərk edilmiş sirdən bəhs edirdi. Bu sirr ondan ibarətdir ki, Allah murdar bütpərəst xalqların, çağırılmamış millətlərin yeni əhdə görə iman gətirib itaət etməsini istəyir. Beləcə İsanın kəffarə qurbanı sayəsində Rəbb bütün insanlara əvəzsiz olaraq günahların bağışlanmasını lütf edir. Allahın dəvətini eşidib ənamını qəbul edən hər kəs xilas olur, itaət etməyən isə öz-özünü məhkum edir. Paul yeganə və müdrik Allaha tapınıb, şükran və həlimlik ilə Allahın bütün izzət və şərəfə layiq olduğuna şəhadət etdi! İnsanın bu cür tapınması İsanın ölümü və dirilməsi sayəsində mümkün oldu. İsa Müqəddəs Ruhun birliyində Atası ilə əbədi hökmranlıq edir! Paulun Romalılara Məktubunun sonunda qoyduğu “Amin” sözü isə burada yazılanların həqiqət olduğunu və mütləq yerinə yetəcəyini təsdiq edir! DUA: Ey Ata, Oğlun İsanın vasitəsilə Sənə şükür edirik, çünki Sən Paulu seçmisən və millətlərdə qurulan cəmiyyətlərə xilasını elan etməyə, xidmət yolunda əziyyət çəkib ölməyə çağırmısan.! Bizə kömək et ki, ruhən eqoist olmayaq, lakin həqiqətə can atanların hamısına Sənin Müqəddəs Ruhunun yönəltməsi ilə tam xilası elan edək. Amin. SUAL:
Romalılara Məktub üzrə dördüncü sual vərəqəsiMöhtərəm oxucu! Əgər sən bu vərəqdəki suallardan ən azı üçdə bir hissəsinə düzgün cavab versən, biz sənin Allahın Kəlamını dərindən öyrəndiyini biləcəyik. Onda biz sənin səylərini mükafatlandırmaq üçün, sənə ədəbiyyat siyahımızdakı kitablardan birini (sənin öz seçiminə görə) göndərəcəyik.
Poçt ünvanınızı əskiksiz qeyd edin. Bütün cavablarınızı aydın xətlə yazıb bu ünvana göndərin: Waters of Life Internet: www.waters-of-life.net |