Waters of LifeBiblical Studies in Multiple Languages |
|
Home Bible Treasures Afrikaans |
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek? -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish? -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba
Previous Lesson -- Next Lesson ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 3 - Allahın salehliyi Məsihin ardıcıllarının həyatında zahir olur (Romalılar 12:1 - 15:13)
9. Xırda məsələlərə görə qardaşımızı büdrətməyək (Romalılar 14:13-23)ROMALILAR 14:13-23 Müxtəlif imanlılar cəmiyyətlərində ruhani xidmət göstərdiyinə görə halal və haram yeməklər barəsindəki çoxlu mühabisələrdən xəbərdar olan Paul, İsanın dediyinə əsasən (Mark 7:15-23; Luka 6:4) öyrədirdi ki, heç bir şey özlüyündə murdar deyil, insanı murdar edən ancaq daxilindən çıxan şeylərdir. Əgər kimsə hansısa yemək növlərini özü üçün yaxşı sayırsa, bunları yeyə bilər. Lakin bir adam müəyyən yeməyin onun üçün ziyanlı olduğunu düşünsə, onu heç yeməməsi yaxşıdır. Məsihi imanlı başqalarına yaxşı nümunə olmalı, başqalarının günah etməsinə səbəb ola biləcək hər hansı davranışdan uzaq olmalıdır. Öz azadlığına qürrələnərək, istədiyi qədər çox yeyib-içən imanlı bu davranışı ilə nəfsinə hakim olmağa çalışan imanlının ürəyinə şühbə salır, ona təhqir edilmiş kimi hiss etdirir. Bu halda “azad” adam günah edir və yeni imanlının fikirlərini çaşdırdığına, Məsihə olan imanını sarsıtdığına görə cavabdeh olacaq! Məhəbbət tələb edir ki, imanda güclü olan adam zəif imanlının qarşısında öz fikirləri və azadlığı ilə lovğalanmasın, amma iman yoluna təzəcə qədəm basmış qardaşın büdrəməsinə səbəb olmamaq üçün sussun! Paul Allahın Padşahlığının yeməkdən və içkidən ibarət olmadığını, Müqəddəs Ruhun salehlik, sevinc və sülh kimi bəhrələri ilə özünü büruzə verdiyini öyrədirdi. İmanlılar cəmiyyətlərindəki mübahisələrin cavabını məhz salehlik, sevinc və sülhdə görən Paul imanlıların vəhdətinin möhkəmləndirilməsinin tərəfdarı idi və yemək və içki məsələsinin imanlılar cəmiyyətini böləcək qədər ciddi olmadığını başa salırdı. Ruhun vəhdəti yemək, içki, paltar, saç, pulun xərclənməsi kimi ikinci dərəcəli məsələlərdən daha çox əhəmiyyət kəsb edir. Məsihin Ruhu məhəbbəti və səbri ilə dünyəvi həyatın ehtiyaclarına üstün gəlir. Paul Məsihi tanımağın əsası kimi məhəbbətlə yaşamağın zərurətindən danışmışdır. Biz xırda məsələlərdən daha çox yüksəlməli və uğrunda Məsihin öldüyü insanın qayğısına qalmalıyıq. İmanlılar cəmiyyətində Allahın sülhü mütləq azadlıqdan da, Qanunun tələblərindən də önəmlidir. Cəmiyyətimizdə vicdanına və ya prinsiplərinə görə ət yeməyən və ya şərab içməyən adam varsa, biz onunla məhəbbətlə rəftar etməli, ona görə narazı olmamalı, onu anlamağa çalışmalı, davranışlarımıza görə büdrəyə biləcəyini nəzərə almalıyıq. Əgər yeni bir imanlı bir şey yeyəndə və ya içəndə vicdanı narahat olursa, o özü də, bütün cəmiyyəti də günah edir! Çünki möhkəm iman səthi sülhdən önəmlidir. Cəmiyyətdə məhəbbətlə fəal olan iman birgə fəaliyyətə müsbət təsir edir. Nə olur-olsun inadkarcasına öz istədiyinə nail olmaq istəyən adam isə şəriklik ruhunu məhv edir! DUA: Ya Rəbb İsa, Sənə səcdə edirik, çünki Sən yöndəmsiz balıqçıları, hiyləgər vergiyığanları, tənqidçi Kitab alimləri və xəyalpərəst sufiləri Öz şagirdlərinin arasına qəbul etmisən. Onları birləşdirib, onlara bircə əmri – kamil məhəbbət, bağışlama, səbir və sülh əmrini vermisən! Bizə kömək et ki, başqalarını gündə yetmiş kərə yeddi dəfə bağışlayaq və unutmayaq ki, onlar da bizim günahlarımızı gündə yetmiş kərə yeddi dəfə bağışlamalı olurlar! SUAL:
|