Waters of LifeBiblical Studies in Multiple Languages |
|
Home Bible Treasures Afrikaans |
This page in: -- Albanian -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba
Previous Lesson -- Next Lesson HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
A - YERUSƏLİMDƏ İLK İMANLILAR CƏMİYYƏTİNİN YARANMASI VƏ BÖYÜMƏSİ (Həvarilərin İşləri 1 - 7)
18. Qamlielin məsləhəti və həvarilərin qamçılanması (Həvarilərin İşləri 5:34-42)HƏVARİLƏRİN İŞLƏRİ 5:34-42 Fariseylər mələklərin var olduğuna, ölülərin dirilməsinə və bu dünyada Allahı görməyin mümkünlüyünə inandıqlarına görə həvarilərin qıfıllanmış zindandan yoxa çıxdığını eşitdikdə yaman qorxdular. Onları Məsihin dirilməsinin və iclaslarına müdaxilə etməsinin mümkünlüyünü inkar edə bilmirdilər. Fariseylərin bir rəhbəri, görkəmli alim və daha sonra Paulun müəllimi olan Qamliel, qəzəbdən coşan Ali Şuranı sakitləşdirmək üçün ayağa qalxıb danışmağa başladı. Qamliel Rəbbin həvarilərlə birlikdə olub-olmadığına, onların həqiqətən Allah-Taala tərəfindən göndərilib-göndərilmədiyinə əmin deyil idi. Bu alim, həvariləri diqqətlə müşahidə edirdi və onların “bidətçi” və ya pis adamlara oxşamadığını görürdü. O, Ali Şuradakı yoldaşlarına hikmətlə məsləhət verdi ki, bu adamları ölümə məhkum etməyə tələsməsinlər, çünki yenə günahsız adamların qanının tökülməsini və Şuranın bilmədən Allahın iradəsinə zidd hərəkət etməsini istəmədi. Qamliel İsa Məsihə iman gətirməmiş və həvarilərin çağırışını qəbul etdiyini elan etməmişdi, lakin yaşayan Rəbb bu həlim xasiyyətli Qanun müəllimi vasitəsilə o kritik zamanda həvarilərini qorudu və onlar İsanın dirilməsinə şəhadətini davam etdirdilər. Çox qəribədir ki, bu böyük alim öz arqumentini əsaslandırmaq üçün Tövratdan istifadə etmədi, ancaq ona qulaq asanların diqqətini həyat təcrübəsindən ayrı-ayrı olaylara yönəltdi. Siyasi rəhbərlər və bidətlərin (yalançı məzhəblərin) baniləri öz ardıcıllarından öz mənfəətləri üçün istifadə edirlər, lakin onlarda fəal olan qüvvə Allahdan deyilsə, rəhbərin ölümündən sonra təriqəti də dağılır və hər şey bununla qurtarır. Yalnız Allah Öz Padşahlığının bağlanğıcını, inkişafını və tamamlanmasını təmin edir. Məsih imanımızın Banisi və Kamilləşdiricisidir. Biz də bu gün Qamlielin hökmünə əsasən təcrübə yolu ilə İsanın ilahiliyinə dair dəlillərlə qane ola bilirik. Çünki Məsihin hərəkatı, ölümündən sonra dağılmadı, lakin daha çox qüvvətləndi və dünyanın yarısına yayıldı. Ali Şuranın yetmiş üzvü eyni fikrə gələ bilmədi. Onların əksəriyyəti bu on iki saleh adama ölüm cəzasını verməyə vicdan rahatlığı ilə razı olmazdı. Axırda gözləmək qərarına gəldilər. Lakin həvarilərin qisasını almağa can atan qəddar adamlar, o cümlədən baş kahin, Şuranı bu saleh və xeyirxah adamların kürəyinə otuz doqquz qamçı vurdurmağa məcbur etdi. Mühafizəçilər müttəhimləri bayıra çıxartdılar, onlar müqavimət göstərmədilər, dinmədən bu rəzalətə dözdülər, Ali Şuranın haqsız hökmü ilə kürəklərinə qamçı sancılarkən ürəklərində dua etdilər. Bu rəzalətə sevinclə təhəmmül etdilər, çünki öz təqsirlərinə görə yox, İsa Məsihin adına görə iztirab çəkdilər. Rəbb onlara belə öyrətmişdi: “İnsanlar Mənə görə sizi təhqir edib təqib edəndə, yalan söyləyib sizə hər cür böhtan atanda siz nə bəxtiyarsınız! Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür. Axı sizdən qabaq gələn peyğəmbərləri də belə təqib ediblər” (Mat. 5:11-12). Bəs bu kritik iclasın nəticəsi nə idi? İsanın adını dilinə gətirmək yəhudilərdə bu günə qədər qadağan olaraq qalır. Lakin yəhudilər bu adı dilinə gətirən adamı öldürmür və təqib etmir. İmanlılar cəmiyyəti bir müddət rahat nəfəs ala bildi. Məsihilər qadağaya məhəl qoymadan hər yerdə İsanın adını elan etdi və təhdid qılıncı hələ də onların başı üzərində dururdu. Qamçılandıqdan sonra həvarilər sevinc və cəsarət ilə məbədin həyətinə yollandı və ölümdən dirilmiş, qalib gəlmiş Məsihə şəhadət etməyə davam etdi. Qollarında, kürəklərində qanlı yaralar var idi. Xalq öz rəhbərlərinin İsa adına nifrət etdiyini anlamağa başladı, necə ki onların özləri də əvvəllər bu ada nifrət etmişdi. İsaya iman edən hər kəsin təqibə düçar olacağını da anlamağa başladılar. Amma bu təhlükə taxılın küləşdən təmizlənməsi və imanlıların ciddi və səbatlı olması üçün zəmin yaratdı və Rəbb günü-günə onların lütfünü daha çox artırırdı. Həvarilər müntəzəm olaraq imanlıların evlərinə baş çəkir, onlara təlim verir, Tövrat, Zəbur və Peyğəmbərlərin Yazılarında möhkəmləndirir, İsadan eşitdikləri və ürəklərində saxladıqları sözləri danışıb izah edirdi. Eyni zamanda itmiş quzularını axtaran ruhani çobanlar, Məbəddəki camaata Müjdəni vəz edirdi, çarmıxa çəkilmiş Məsihdə olan tam xilası elan edirdi. Onların vəzlərinin məzmununu iki kəlmə ilə yekunlaşdırmaq olar: İsa Məsihdir! O, çarmıxa çəkilmiş və ölümdən dirilmişdir. Rədd olunmuş Nazaretli Gənc İlahi Padşahdır. İndi O, göylərdə Atanın sağında oturub hökmranlıq edir. Həvarilər qorxmadan şəhadət edirdi ki, İsa Məsih bütün insanların yeganə ümididir. DUA: Ey yaşayan Rəbb, Sən məhəbbətinə görə döyüldün və həvarilərin də Sənin izinlə getdilər. Qorxaqlığımı, ürəyimdə tərəddüd etdiyimi bağışla! Məhəbbətinə görə Sənə şükür etməyi mənə öyrət! Bizə yol göstər, qoy biz imanlıları hikmətlə öyrədək və Müjdədən bixəbər olanlara qüvvətlə Müjdəni elan edək! Amin. SUAL:
|