Waters of LifeBiblical Studies in Multiple Languages |
|
Home Bible Treasures Afrikaans |
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba
Previous Lesson -- Next Lesson MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
A - Məbəddəki söhbətlər (Matta 21:1 - 22:46)
5. İsa ağsaqqallara üç məsəl danışır (Matta 21:28 - 22:14)
a) İki oğul məsəli (Matta 21:28-32)MATTA 21:28-32 Mehriban ata bütün övladlarını sevdiyi kimi, Allah da bütün insanları sevir. Baxmayaraq ki, insanlar çox fərqlidirlər, Səmavi Ata onların arasında yaxşı-pis, varlı-yoxsul olaraq ayrı-seçkilik etməz, çünki Oğlu İsanın ölümü vasitəsilə O, hər kəsə məhəbbət Padşahlığına daxil olmaq fürsətini vermişdir. Xilas tamamlanıb əvəzsiz olaraq verilir. Allah səni Ona tərəf dönüb Oğlu İsaya iman etməyə, Onu öz Xilaskarın kimi qəbul etməyə dəvət edir. Bəs sən bu dəvətə necə cavab verəcəksən? Məsihin xilasını ciddi qəbul edəcəksənmi, yoxsa Qolqotada elə də mühüm bir olay olmamış kimi, günahlı və itaətsiz həyatını davam etdirəcəksən? Bu məsəldəki “Bəli, gedirəm!” deyən, amma getməyən birinci oğul kimi olacaqsanmı? Bu məsəlin əsas mənası budur: Məsihdən və Onun Padşahlığından heç danışmayan “vergiyığanlar və fahişələr” Məsihin sələfi Vəftizçi Yəhyanın təlimini qəbul etdilər, amma Məsihi gözləyən, təlimini qəbul etməyə hazır olan kahinlər və ağsaqqallar Vəftizçi Yəhyanı rədd etdilər və hətta missiyasına maneçilik törətməyə çalışdılar. Lakin bu məsəl həmçinin daha geniş mənada başa düşülə bilər. Bütpərəst millətlər bu məsəldəki böyük oğul və Tit. 3:3-4-də təsvir edilənlər kimi itaətsiz övladlar olduqları halda, Müjdəni eşidəndə iman gətirdilər və itaətkar oldular. “Gedirəm, ağam!” deyən yəhudilər isə çox yaxşı görünsələr də (Çıx. 24:7; Yeşu 24:24), getmədilər. Onlar “yalnız ağızları ilə Allaha yaltaqlanırdılar” (Zəb. 78:36). Bəs sən Allahın lütfünü rədd edən birinci oğula bənzəyirsənmi? O, tənbəl idi, ilahi zəmidə zəhmət çəkməkdən daha çox kef axtarır, xidmət etməkdən boyun qaçırdırdı. Bəlkə də o, ürəyində Allahın məhəbbətinin dəvətinə qarşı inadkar olduğuna peşman oldu, ağla gəlib tövbə etdi və Allahın ona Ata olduğu üçün şükür edərək fəal xidmətə girişdi. Hansı daha yaxşıdır: “bəli” deyib etməmək, yoxsa “xeyr” deyəndən sonra fikrini dəyişmək və Atanın iradəsini yerinə yetirmək? Məsihi qəbul etmiş kimi görünən, amma məhəbbət əmrlərini yerinə yetirməyən ikiüzlülərin vay hallarına! Onlar daima lazım olan işlərdən və qadağalardan danışırlar, lakin möminlik bəhrəsini vermirlər. Tövbə edən oğru və ya fahişə, özünü mömin və saleh göstərdiyi halda günahkarlara xor baxan qürurlu adamdan yaxşıdır. Belə adamın günahı, həbsdə yatan və Müqəddəs Kitabı göz yaşları ilə oxuyan cinayətkarın günahından da betərdir. Məsih yəhudiləri rədd etmədi, onlara məhəbbət göstərdi və yenə Ona tərəf dönmək fürsətini verdi. Onlar hələ İsanı məclislərində ölümə məhkum etməmişdilər və İsa onları fikrini dəyişməyə, Ona iman gətirib xilası qəbul etməyə dəvət edirdi. Məsihin məhəbbəti əsla tükənməz. O, salehləri də, pisləri də sevir. İnanılmaz iş! Möminlər tövbə etmirlər, pislər isə Rəbbə tərəf dönürlər. DUA: Ey Ata, Sənə şükür edirəm, çünki Sən Atamsan və məni Öz övladın kimi qəbul etmisən. İtaətsizliyimi, tənbəlliyimi, ikiüzlülüyümü bağışla, məni Sənin xidmətinə azad et ki, Sənə sevinclə səcdə qılım, ömrüm boyunca qulluq edim və əziyyətlərdən şikayət etmədən Sənin yolunda zəhmət çəkim! Məhəbbətinə şükür edərək Padşahlığın uğrunda canını qurban verən hər kəslə birlikdə mən də bütün mal-mülkümü və güc-qüvvətimi Sənin yolunda sərf edəcəyəm! SUAL:
|