Waters of LifeBiblical Studies in Multiple Languages |
|
Home Bible Treasures Afrikaans |
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba
Previous Lesson -- Next Lesson MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
3. İsa xidmətlərdə və yollarda (Matta 14:1 - 17:27)
f) Ürəkdən çıxan şeylər insanı murdar edər (Matta 15:10-20)MATTA 15:10-20 İkiüzlülər öyrədirlər ki, guya müəyyən növ yemək və içkilər çox böyük, hətta bağışlanmaz günahdır. Bu göstərir ki, onlar öz ürəklərinin nə dərəcədə murdar olduğunu hələ dərk etməyiblər və bəzi şeyləri “haram” elan edərək əbəs yerə şər dolu insanı düzəlməyə məcbur etməyə çalışırlar. Spirtli içkilərin insana zərər verməsindən şübhə yoxdur, nikotin də xərçəng xəstəliyinin başlıca səbəblərindən biridir, ancaq televiziya da əxlaqsızlığın və yalanın yayılmasına kömək edir və donuz əti sağlamlıq üçün ziyandır. Buna baxmayaraq, Məsih bu şeylərin insanı murdar etmədiyini bəyan edir, çünki insanın təbiəti pis və murdardır. Məsih öyrədir ki, ruhumuzu murdar edən, ona pis təsir göstərən yediyimiz yeməyin növü, yaxud əllərimizin halı deyildir. “Allahın Padşahlığı yemək-içməkdən ibarət deyil” (Rom. 14:17). Adamı Allaha günah etməyə sövq edən şeylər murdar edər. Belə şeylər adamı Allahın həqiqətindən azdırar, Allahla şərikliyə layiq olmayan hala salar. O ki qaldı yemək məsələsinə, adam bu işdə həddini aşmasa, ona heç zərəri dəyməz, çünki “paklar üçün hər şey pakdır” (Tit. 1:15). Bizi murdar edən, əllərimizi yumadan çörək yemək deyil, təqdis edilməmiş ürəyimizdən çıxan sözlərdir. Adamın sözləri onu günaha batırar (Vaiz 5:6). Hətta təzələnən və təqdis olunan imanlı belə, ürəyində itaətsizlik və dikbaşlıq etmək, murdarlanmaq meylini görür. O, güzəran etmək üçün çox pul əldə etmək istəyir, yaxud bəzi bacı-qardaşlarından, dostlarından inciyir. Bu da onu problemlərə və səhv hərəkətlərə itələyir. Bundan sonra o, vicdan əzabı çəkir və Paula qoşulub, “Necə də yazıq insanam! Ölümə düçar olan bu bədəndən məni kim xilas edə bilər?” (Rom. 7:24) deyə ah-nalə edir. Kaş möminlər ilk öncə tövbə edələr! O zaman daxildən nə dərəcədə murdar olduqlarını dərk edəcək, Məsihdə həlim və qəlbi sınıq, Müqəddəs Ruhda fağır olacaqlar. O zaman Məsihin axıdılmış qanı ilə bağışlanmağa can atacaqlar və təmiz vicdanlı adamlara bəxş edilən kamil müqəddəsliyi əldə edəcəklər. Lakin əfsuslar olsun ki, çoxları günbəgün bağışlanmaq, qüruru sındıran Ruhdan təqdis olunmaq haqqında düşünmürlər, əksinə, mənasız ehkamları və zahiri ənənələri ilə Məsihin köməyini axtaranlara mane olur, canlı ruhani toplantılarda yığılanları Məsihə yaxınlaşmağa qoymurlar. İnsan Qanuna riayət etməklə əsla xilas olmaz və təqdis olunmaz. Bu yalnız Məsihin qanına olan iman vasitəsilə mümkündür. Allahı ancaq sınmış qəlb və həlim ruh razı salar. Müqəddəs Ruh bizi xeyriyyə işlərinə, məsələn, xəstə qonşunun evini yığışdırmaq, borclarını ödəmək kimi xidmətlər etməyə ilhamlandırır və öz xeyirxahlığımızdan heç kəsə danışmamağımızı buyurur. Ağızdan çıxan şeylər insanı murdar edər. Bunlar hər cür günahın mənbəyi və yuvası olan insan ürəyindən çıxar (Yer. 17:9). Ürəyimiz qorxunc dərəcədə pozğundur, çünki bütün günahlı söz və əməllərimiz ürəyimizdən qaynaqlanır. Ürəyimiz “acı pöhrəli, zəhərli kök” (Qanun. 29:18) kimidir. Günahkarın daxilində şər yuva salıb. Bütün pis sözlər ürəkdən çıxır, günahkarı murdar edir və pis əməllərə çevrilir. Ey qardaş, ürəyinin hiyləgər olduğunu bilirsənmi? Murdar arzuların, yalan sözlərin və pis əməllərin ondan qaynaqlanır. Keçmiş təqsirlərin yadındadırmı? Onlar pozulmuş əxlaqın nəticəsidir. Özünü tanı və daxilindəki murdarlığın mənbəyini dərk et. İsaya tərəf dön, O sənə şəfa verəcək, səni azad edəcək. Bil ki, sən ruhani müharibədə vuruşursan. Təslim olma! Oyaq durub dua et ki, sınağa düşməyəsən, çünki ruh həvəsli, cisim isə gücsüzdür. Möminlər üçün ən böyük sınaq ikiüzlülükdür. İkiüzlü adamın fikri yanlışdır, o elə bilir ki, Məsihin qanı ilə təmizləndiyindən də çox təqdis oluna bilər. Müqəddəs Ruh səni qorusun və sən əsla bu cür sınağa düşməyəsən! DUA: Ey rəhmli Rəbb İsa, Sən məni və keçmişimi məndən yaxşı bilirsən. Məni özümdən, ikiüzlülükdən, mənəm-mənəmlikdən qoru! Məni Allahın övladlarının azadlığına qovuşdur, qoy mən Sənin qiymətli qanınla təqdis olunum və ehtiyac içində olanlara sevinə-sevinə xidmət edim! Məni büsbütün təqdis et ki, ürəyim şər mənbəyi olmasın, əksinə, məhəbbət, saflıq, səbir mənbəyi olsun! SUAL:
|