Waters of LifeBiblical Studies in Multiple Languages |
|
Home Bible Treasures Afrikaans |
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba
Previous Lesson -- Next Lesson MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
3. İsa xidmətlərdə və yollarda (Matta 14:1 - 17:27)
d) Peter batmağa başlayır (Matta 14:28-36)MATTA 14:34-36 Allahın Oğlunun səlahiyyəti getdikcə çox zühur edirdi. Onun adı, üzü, mərhəməti bütün ölkədə tanınmışdı. Ginesarın sakinləri inandılar ki, İsa onların paltarlarının ətəyinə belə toxunsa, Allahın qüvvəsi bədənlərinə toxunacaq. İsa onların xahişlərini yerinə yetirirdi – onlar şəfa tapırdılar. Allahın Kəlamını kitab və digər çap materialları vasitəsilə eşidən və Ona iman edən adam əbədi yaşayacaq. Məsihi tanıyan Onun başqalarına da tanıtmaq üçün əlindən gələni etməlidir. Biz ruhani qidamızı təklikdə qəbul etməməliyik. Məsihin yeməyi çoxdur, hamıya bəs edəcək, biz özümüzə saxlayıb bölüşmürüksə, bundan əlimizdə olan artmayacaq, daha da azalacaq. Müjdəni bölüşməliyik. Biz insanları Məsihə dəvət etsək, nə qədər adamın bu fürsətdən faydalanacağını təsəvvürümüzə belə gətirə bilmirik! Xəstəliklərimizlə müraciət edəcəyimiz yeganə həkim İsadır. Böyük Həkimimiz ola-ola, biz kimə üz tutacağıq? O, “şüalarında şəfa olan salehlik günəşidir” (Mal. 4:2). DUA: Ya Rəbb İsa Məsih, yaşayan Allahın Oğlu, Sənə səcdə edirik, çünki Sən təbiət qüvvələrinin Sahibisən. Küləklər və sular Sənə tabe olur. Sənin yaxınlığında xəstəliklər yox olur. Zəif imanımıza görə bizi bağışla və Sənə yaxınlaşmağı öyrət, qoy biz sağa-sola dönməyək və problemlər dənizində batmayaq! Qoy Sənin qüdrətində qalaq! Büdrəyib yıxılsaq, bizi əlimizdən tut! Çünki Səndən başqa Xilaskar yoxdur. SUAL:
|